Yeni Yasamalda Əsəd Əhmədov küçəsi əsaslı şəkildə təmir olunur
Tarix: 02.03.2018 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsi əsaslı şəkildə təmir olunur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qurumun əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Məhz sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, dövlət agentliyi paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərin yenidən qurulması işlərini aparır. Bu cür yollardan biri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsidir. Küçə uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğrayıb, qabarmalar, çökmələr və çatlar əmələ gəlib. Üstəlik küçənin ensiz olması və piyadalar üçün bəzi hissələrdə səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarıb. Bu səbəbdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranıb. Uzunluğu 1,5 kilometr, eni isə 7-8 metr olan küçədə hazırda sürətlə və keyfiyyətlə yenidənqurma işləri aparılır. Aparılan işlər çərçivəsində küçənin eni 14 metrə qədər genişləndirilir. Bu məqsədlə yolboyu qazma-dolma işləri görülür. Belə ki, zəruri olan yerlərdə yararsız qrunt çıxarılır, əvəzinə yararlı material tökülüb kipləşdirilir. Tikinti layihəsinə uyğun olaraq mövcud yeraltı kommunikasiya xətləri (su, qaz, rabitə, elektrik və sair) bərpa olunur, zərurət yarandığı təqdirdə yeniləri çəkilir və ya yolun hərəkət hissəsindən kənarlaşdırılır, 5 yerdə yolun altından 250 metr uzunluğunda ehtiyat borular atılacaq. Bu işlərlə paralel olaraq səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq və zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları qoyulacaq. Ümumilikdə küçəboyu 21 ədəd yeni yağış barmaqlıqları quraşdırılacaq, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 97 ədəd yeni baxış qapaqları qoyulacaq. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılacaq və kipləşdiriləcək. Küçənin yenidən qurulması zamanı bütün hərəkət iştirakçılarının normal, rahat və təhlükəsiz hərəkəti nəzərə alınır. Belə ki, küçəboyu dağılmış mövcud piyada səkiləri bərpa olunur, zəruri olan yerlərdə yeniləri inşa edilir. Piyada səkilərinin kənarlarına 6400 poqonmetr uzunluğunda yeni səki daşları düzülür. Avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara rahat giriş-çıxışını təmin etmək məqsədilə 4 yerdə 62 metr uzunluğunda və 4 metr enində xüsusi “cib”li hissələr yaradılacaq.




 
Bölməyə aid digər xəbərlər
16.06.2018
Zaqatala taxılçıları hər hektardan 27 sentner məhsul götürürlər
16.06.2018
Hər ay “ABAD”ın dəstəyi ilə ailə büdcəmizə 500 manat daxil olur
16.06.2018
Sahil Babayev sağlamlıq imkanları məhdud gənclərlə görüşüb
15.06.2018
Aprel döyüşlərində əlil olmuş hərbçiyə minik avtomobili hədiyyə edilib
15.06.2018
Azərbaycan məscidlərində bayram namazı qılınıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9422

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info