Amerika generalı: ruslar bizdən qorxmur
Tarix: 03.03.2018 | Saat: 13:43:00 | E-mail | Çapa göndər


2016-cı ildə keçirilən prezident seçkilərinə “müdaxiləyə” Vaşinqtonun cavab tədbirləri “Amerika düşmənlərinə” heç bir “dayandırıcı effekt” göstərmədi.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ quru qoşunları kiberkomandanlığının rəhbəri general-leytenant Pol Nakasone deyib. O, əsasən seçki kampaniyası zamanı sosial şəbəkələrdə “dezinformasiya yaydığını” iddia etdiyi Rusiyanı vurğulayıb.
“Onlar (ruslar) düşünürlər ki, onlarla bağlı heç bir ciddi şey baş verməyəcək. Onlar bizdən qorxmur”, - deyə general Senatdakı dinləmələrdə bildirib.
Nakasone, həmçinin Rusiyanı ABŞ-ın kibersahədə texnoloji cəhətdən ən çox inkişaf edən düşməni adlandırıb.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik Agentliyinin başçısı postuna Pol Nakasonenin namizədliyini irəli sürüb. Əgər Senat onun namizədliyini dəstəkləsə, general-leytenant, eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin kiberkomandanlığına da başçılıq edəcək.




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Məhərrəm İncə: ”Əgər seçkidə uduzmusansa, rəqibə çamur atmaq düzgün deyil”.
25.06.2018
Silahlı Qüvvələrimizin 100 illik yubileyi Pakistanda qeyd olunub
24.06.2018
Belarus müstəqilliyini itirə bilər
23.06.2018
“Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir“
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunmasına tam zəmanət verir”

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info