“Emoci” 2017-ci ilin ən pis filmi seçilib
Tarix: 04.03.2018 | Saat: 10:04:00 | E-mail | Çapa göndər



“Emoci” filmi “Qızıl moruq” mükafatının “İlin ən pis filmi” baş nominasiyasında qalib gəlib.

AZƏRTAC xəbər verir ki, giləmeyvə təsvirində olan, 5 dollar dəyərindəki heykəlcik uğrunda mübarizədə “Emoci” filmi “Mumiya”, “Transformerlər: Son cəngavər”, “50 çalar daha tünd”, “Malibunun xilaskarları” kimi rəqibləri geridə qoyub.
Emocilərin həyatı barədə əsər, həmçinin “Ən pis ssenari” (təşkilatçılar onu 86 səhifəlik SMS adlandırırlar), “Ən pis ekran dueti” və “Ən pis rejissor” (bu mükafatı Toni Leonidis alıb) nominasiyalarının qalibi olub.
Hollivud ulduzu və üçqat “Oskar” mükafatı laureatı Tom Kruz karyerasında ilk dəfə olaraq “Qızıl moruq” mükafatını “Mumiya” filmində ən pis aktyor işinə görə qazanıb.
Aktyor Tayler Perri “Hellouin Medei 2” filmində ən pis qadın rolu ifaçısı kimi mükafatlandırılıb.
İkinci planda ən pis aktyor Mel Gibson (“Salam ata, Yeni il! 2), ən pis aktrisa Kim Besincer (50 çalar daha tünd) elan edilib.
“Qızıl moruq” laureatlarının adları adəti üzrə Amerika Kino Akademiyası mükafatlarının təqdim edilməsindən bir gün əvvəl çəkilir.




 
Bölməyə aid digər xəbərlər
24.06.2018
Bakıda Yoqa festivalına start verib
24.06.2018
Xaçmazda Qara Qarayevin 100 illik yubileyi konsert proqramı ilə qeyd olunub
24.06.2018
Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək
23.06.2018
İran Milli Orkestri ilk dəfə olaraq Bakıda çıxış edəcək
22.06.2018
Milli irsimizin yorulmaz tədqiqatçısı

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9454

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info