Azərbaycan Prezidentinin strateji addımları Ermənistanı çıxılmaz vəziyyətə salıb
Tarix: 04.03.2018 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Ermənistanın 2008-ci ildə tikintisinə başladığı Şimal-Cənub magistral yolu ölkə iqtisadiyyatının inkişafı üçün nəzərdə tutulmuşdu. Lakin zaman keçdikcə məlum oldu ki, bu yol nəinki iqtisadiyyatı inkişaf etdirməyəcək, əksinə, ona böyük zərbə vuracaq.
Bu fikirlər “armtimes” saytında yer alıb. Sayt bildirir ki, İran ilə Ermənistanı birləşdirəcək yolun çəkilişi ilkin mərhələdə 962 milyon dollar həcmində qiymətləndirilirdi. Lakin yolun heç yarısı çəkilməmiş məlum oldu ki, bu layihənin reallaşması üçün 2 milyard dollar vəsait lazımdır. Sonra isə dünyada iqtisadi böhran baş verdi və yolun çəkilməsi üçün 3 milyard dollara ehtiyac olduğu ortaya çıxdı. Yolun çəkilişi üçün indiyədək xərclənən vəsaiti dövlət beynəlxalq banklardan kredit alaraq sərf edib. Yolun tamamlanması üçün yeni kreditlərin alınması planlaşdırılır.
Sayt yazır: “Tutaq ki, hökumət kreditləri cəlb etməklə yolu tikib başa çatdırdı. Belə olan halda tikintiyə sərf olunan kredit hansı gəlirlər hesabına qaytarılacaq?”. Şimal-Cənub yolunun gəlir gətirilməsi gözlənilmir. Əvvəla İran bu layihəyə qoşulmaq üçün heç bir maraq göstərmir. Digər tərəfdən isə yolun beynəlxalq əhəmiyyəti demək olar ki, yoxdur. Beləliklə, aydın olur ki, hökumətin bu layihəsi iqtisadiyyatı dirçəltmək əvəzinə onu daha da pis vəziyyətə salacaq. Çünki alınan milyonlarla krediti faizi ilə birlikdə qaytarmaq lazım olacaq. Bu isə onsuz da yaxşı vəziyyətdə olmayan iqtisadiyyatı uçurumun kənarına gətirib çıxaracaq.
Ermənistan hökuməti elə zənn edirdi ki, Şimal-Cənub magistral avtomobil yolunu çəkməklə tranzit ölkə kimi Cənub–Şərqi Asiya respublikaları ilə Rusiya və Avropanın nəqliyyat baxımından birləşməsində aparıcı rol oynayacaq. Beləliklə də Ermənistan həm tranzit gəlirlər əldə edəcək, həm də siyasi zəmanət qazanacaq. Yəni, mallarını Ermənistan üzərindən daşıyan dövlətlər ölkədə ictimai-siyasi sabitliyin qorunmasında və Dağlıq Qarabağın işğal altında saxlanılmasında rəsmi Yerevanın mövqeyini müdafiə etmək məcburiyyətində olacaqlar.
Lakin Prezident İlham Əliyevin Azərbaycanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasına cəlb etməsi ilə Ermənistanın planı alt-üst oldu. Azərbaycanın coğrafi və geosiyasi mövqeyini olduqca düzgün qiymətləndirən Prezident İlham Əliyevin təklif etdiyi variant İran, Avropanı və Cənub-Şərqi Asiya dövlətlərini daha çax cəlb etdi. Prezident İlham Əliyev dünyanın iki böyük qitəsini birləşdirəcək nəqliyyat dəhlizinin Azərbaycan üzərindən keçməsi ilə daşımaların tez və ucuz həyata keçirilməsini təklif etdi. Bundan başqa, malların və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunmasına zəmanət verdi. Azərbaycan öz iqtisadi potensialından istifadə edərək bu istiqamətdə böyük işlər gördü. Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti qısa zaman kəsiyində tikilərək istifadəyə verildi. İran Astarasında yük terminalının tikintisində fəal iştirak etdi və İrana Qəzvin-Rəşt dəmir yolunun Astara (İran) şəhərinə kimi çəkilməsi üçün 500 milyon dollar güzəştli kredit ayırdı. Yaxın gələcəkdə Hindistanın Mumbay limanından çıxan yük gəmiləri İranın Fars körfəzindəki Bəndər-Abbas limanına yan alacaq. Buradan isə yüklər Qəzvin-Rəşt-Astara dəmir yolu vasitəsi ilə Azərbaycan üzərindən keçməklə Rusiya və Avropa ölkələrinə daşınacaq.
Azərbaycan Prezidentinin təşəbbüsü İran və Rusiya ilə yanaşı, Avropa və Cənub-Şərqi Asiya dövlətləri tərəfindən də dəstəkləndi. Bununla da Azərbaycan 7 min 200 kilometrlik beynəlxalq nəqliyyat layihəsinin iştirakçısına və Asiya ilə Avropanı birləşdirən nəqliyyat məntəqəsinə çevrildi.
Martın sonunda İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri nəzərdə tutulub. Səfər çərçivəsində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xəttinin rəsmi açılışı da gözlənilir. Bu açılışdan sonra Ermənistan İranın da iştirakını gözlədiyi Şimal-Cənub magistral yol çəkilişi layihəsini birdəfəlik dəfn edə bilər. Yaxşı olar ki, Ermənistan yolun çəkilişini yarımçıq saxlayıb (onsuzda yarımçıq qalıb) aldığı kreditləri qaytarmaq haqqında düşünsün.
Azərbaycan Prezidentinin strateji addımları Ermənistanı regionda həyata keçirilən bütün beynəlxalq iqtisadi layihələrdən kənarda saxlayıb. Ermənistan işğal siyasətinə son qoymayana qədər bu siyasət davam edəcək. Artıq Ermənistan çıxılmaz vəziyyətə düşüb. Əslində isə Ermənistanın vəziyyətdən çıxış yolu var. Bu yol Dağlıq Qarabağı işğaldan azad etmək və qonşulara ərazi iddialarına son qoymaqdan ibarətdir.




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
“Kolokol Rossii”: Ermənistanın Paşinyan xəstəliyi
18.06.2018
Manvel Qriqoryanın əməlləri araşdırılmalıdır
16.06.2018
Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında parlamentlərin böyük rolu var
15.06.2018
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü barədə məlumatlandırılıb
15.06.2018
“Ölkənin sərhəd mühafizəsi ən müasir səviyyəyə qaldırılıb”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9422

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info