Bohac: “Azərbaycanın mürəkkəb problem olan miqrasiyaya biganə qalmamasını müsbət dəyərləndiririk”
Tarix: 05.03.2018 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası sərhəd və miqrasiya idarəçiliyi orqanlarının qadın əməkdaşları üçün MOBİLAZE layihəsi çərçivəsində kommunikasiya seminarı keçirilib.

DMX Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Aydan Seyidova kommunikasiyanın istər miqrasiya, istərsə də sərhəd işçiləri üçün önəminə toxunub. A. Seyidova gender məsələlərində balansı saxlamaq və gender aspektlərinə diqqət baxımından tədbirin əhəmiyyətinə diqqət çəkib. 

Avropa İttifaqının Azərbaycan ofisinin proqram rəhbəri Alessandro Budai bildirib ki, layihə gender balansının təmin edilməsinə xüsusi diqqət yönəldir: "Miqrasiya sahəsində çalışan qadınlar kişilər kimi bilik və bacarqılarını artırmaq imkanlarına sahib olmalıdır, çünkü miqrant qadınlarla onlar işləyirlər".

Çexiyanın Bakıdakı səfirliyinin konsulu Josef Bohac Azərbaycanın mürəkkəb problem olan miqrasiyaya biganə qalmamasını müsbət qiymətləndirib. O, qarşıdan gələn 8 Mart münasibətilə sərhəd və miqrasiya xidmətlərinin qadın əməkdaşlarını təbrik edib. 

Layihənin meneceri Monika Veber Azərbaycanda miqrasiya sahəsində inkişafın əhəmiyyətli səviyyədə olduğunu bildirib. M. Veber layihə haqqında məlumat verərək layihənin Aİ tərəfindən maliyyələşdirildiyini söyləyib: "Layihənin xüsusi məqsədləri Azərbaycan hökumətinin miqrasiya sahəsindəki monitorinq, təhlil və proqnozlaşdırma potensialının artırılması, əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsində və gedi qayıdan Azərbaycan vətəndaşlarının davamlı reinteqrasiyasında idarəçiliyi və potensialı gücləndirməkdir".
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info