Qazax dilində Heydər Əliyevlə bağlı kitab çapa hazırlanıb
Tarix: 05.03.2018 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Beynəlxalq Türk Akademiyası (TWESCO) ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş kitab üzərində işləri yekunlaşdırmaq üzrədir. Bu barədə Qazaxıstanın Astana şəhərində jurnalistlərə verdiyi brifinqdə TWESCO prezidenti Darxan Kıdırali məlumat verib.
“Heydər Əliyev və türk dünyası” adı altında qazax dilində hazırlanacaq yeni kitabda Ulu öndərin həyat və fəaliyyəti, onun türkdilli dövlətlərə səfərləri, iki və çoxtərəfli formatda görüşləri yer alır. Eyni zamanda, kitabda ümumilli liderin türk xalqlarının ortaq dəyərləri ilə bağlı qiymətli fikir və çıxışları, türkdilli dövlətləri əhatə edən təşkilatların formalaşdırılması və türk xalqlarının inteqrasiyasına töfhəsi kimi mövzular əksini tapır.
Akademiya rəhbərinin sözlərinə görə, yeni nəşr may ayınadək qazax oxucuların ixtiyarına veriləcək. Layihə ulu öndərin yubiley tədbirləri çərçivəsində Bakıda və Astanada təqdim olunacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Sondakika.com”: “ASAN xidmət” Azərbaycanda son illərdə həyata keçirilən islahatlara ən əhəmiyyətli nümunədir”
10.12.2018
Övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilir
10.12.2018
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
10.12.2018
Dövlət qulluğu üzrə müsahibəyə 737 vakant vəzifə çıxarılıb
10.12.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info