Çindən ərazi bütövlüyü və separatizm məsələsinə dair sərt mövqe
Tarix: 06.03.2018 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Baş nazir: “Pekin Tayvanın “müstəqilliyi” ilə bağlı istənilən separatçı fəaliyyətə qarşı dözümsüzlük nümayiş etdirəcək”

“Çin hökumətinin ölkənin suverenliyi və ərazi bütövlüyünün təminatı məsələsində mövqeyi qətidir”

ABŞ hərbi dəniz qüvvələrinə aid “Karl Vilson” təyyarə daşıyan gəmi 5 min nəfərlik heyətlə Vyetnamın Dananq limanına daxil olub

Pekində 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) ilk sessiyası işə başlayıb. 15 gün davam edəcək sessiyada ölkə həyatının müxtəlif sahələrinə aid məsələlərlə bağlı müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq, hökumətin hesabatı təqdim ediləcək. Bundan başqa, builki iclasda növbəti 5 il üçün Çin Xalq Respublikasının sədri və onun müavini, Dövlət Şurasının (Nazirlər Kabineti) sədri və Şuranın digər üzvləri müəyyənləşəcək. Çində dövlət hakimiyyətinin ali orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı dövlətin qanunverici funksiyalarını həyata keçirir, ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir. ÜXNY Çin Xalq Respublikasının Sədrini və onun müavinlərini, Mərkəzi Hərbi Şuranın, Ali Xalq Məhkəməsinin sədrlərini və Ali Xalq Prokurorluğunun baş prokurorunu seçir, Dövlət Şurasının (Nazirlər Kabineti) sədrini və Şuranın digər üzvlərini təsdiq edir. Ümumçin Xalq Nümayəndələri Yığıncağının hər çağırışının səlahiyyət müddəti 5 ildir. Yığıncağın sessiyaları ildə bir dəfə çağırılır. Sessiyalararası müddətdə ÜXNY-nin funksiyalarını onun Daimi Komitəsi həyata keçirir. Çində, həmçinin Ümumçin Siyasi Məşvərət Şurasının illik iclası da keçirilir. Çin Dövlət Şurasının sədri Li Keçyan m Ümumçin Xalq Nümayəndələri Yığıncağının ilk sessiyasında hökumətin hesabatını təqdim edib. O, qeyd edib ki, Çin Tayvanın “müstəqilliyi” ilə bağlı istənilən separatçı fəaliyyətə qarşı dözümsüzlük nümayiş etdirəcək. Li Keçyan bildirib ki, Çin hökuməti ölkənin suverenliyinin və ərazi bütövlüyünün təminatı məsələsində mövqeyi qətidir: “Biz “Vahid Çin” prinsipini rəhbər tutaraq, Çinin sülh yolu ilə birləşməsinə çalışacağıq”. Baş nazir Çinin Tayvan ilə iqtisadi və mədəni əməkdaşlığı və mübadiləni genişləndirməklə ada sakinlərinin ölkənin materik hissəsindəki əhali ilə eyni səviyyədə təhsil, biznes və yaşayış imkanlarından yararlanmalarına imkan yaradacağını deyib. “Vahid Çin” prinsipinə uyğun olaraq, Çin Xalq Respublikası Tayvanın ÇXR-in tərkib hissəsi olduğunu elan edib. Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləməklə, Tayvanı ÇXR-in tərkib hissəsi kimi qəbul edir. Baş nazir Li Keçyan onu da deyib ki, ölkəsi cari ildə ölkənin müdafiə xərcləri üçün nəzərdə tutulan büdcəsini ötən illə müqayisədə 8,1 faiz artıracaq. Çin hökuməti 2018-ci il üçün müdafiə büdcəsini 1,11 trilyon yuan (175 milyard ABŞ dolları) səviyyəsində müəyyənləşdirib. Cari il üçün nəzərdə tutulan 8,1 faizlik artım əvvəlki iki ildəki tempi də (müvafiq olaraq 7,6 və 7 faiz) üstələyir. Dövlət Şurasının sədri sessiyada çıxışı zamanı 2015-ci ildən bəri Çin Xalq Azadlıq Ordusunda həyata keçirilən islahatlar nəticəsində silahlı qüvvələrin şəxsi heyətinin sayının 300 min nəfər azaldıldığını da bəyan edib. Ekspertlər hesab edir ki, Çinin hərbi büdcəsini artırması Cənubi-Çin dənizindəki vəziyyətlə bağlıdır. Rusiyalı hərbi ekspert İqor Korotçenko “RİA Novosti”yə açıqlamasında bildirib ki, Cənubi-Çin dənizində ABŞ tərəfindən Çinə risk elementləri var: “Çin ABŞ-ın hərbi gücünə qarşı dayanmaq üçün hərbi büdcəsini artırmaqla məşğuldur. Çin, ABŞ və Rusiya ilə yanaşı müntəzəm olaraq silahlarını yeniləyən dövlətdir ki, bunun üçün vəsait lazımdır. Digər tərəfdən Çinin Yaponiya, Vyetnam və Filippinlə dəniz sərhədləri məsələsində problemləri var. Pekin hesab edir ki. Vyetnam və Filippin ABŞ-ın dəstəyindən istifadə edərək regionda hərbi vəziyyəti bilərəkdən gərginləşdirirlər”. Çinin hərbi xərclərlə bağlı açıqlama verdiyi gün maraqlı olay baş verib. Tayvan məsələsində Pekinin əsəbləri ilə oynayan ABŞ hərbi dəniz qüvvələrinə aid “Karl Vilson” təyyarə daşıyan gəmi dünən Vyetnamın Dananq limanına daxil olub. Bu, 1975-ci ildən-Vyetnamla savaşın bitməsindən sonra ABŞ aviasiya daşıyan gəminin bu ölkəyə ilk səfəridir. Vyetnamın əsas limanında beş gün qalacaq gəmini “Lake Champlain” raket kreyseri və “Wayne E. Meyer” mina gəmisi müşayiət edir. Vyetnamın “Tuoi Tre” nəşri yazır ki, savaşdan sonra ABŞ ilk dəfə bu qədər böyük hərbi heyətlə ölkə ərazisinə daxil olub. Hoşimindəki ABŞ konsulluğunun rəsmisi bildirib ki, həmin gəmilərdə ABŞ ordusunun 5 min əsgəri var. “Karl Vilson” aviasiyadaşıyıcısının Vyetnam səfəri ilə bağlı razılıq bu ilin yanvar ayında Pentaqon rəhbəri Cemys Mattisin bu ölkəyə səfər zamanı əldə edilmişdi.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Haiti prezidentinə qarşı uğursuz sui-qəsd cəhdi olub
18.10.2018
ABŞ nümayəndəsinin BMT-dəki çıxışı kubalı diplomatların sərt etirazına səbəb olub
17.10.2018
Soçidə Rusiya və Misir prezidentləri arasında danışıqlar aparılıb
17.10.2018
Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq
16.10.2018
Konsulluqda Camal Kaşıkçının qətlinə işarə edən dəlillər aşkarlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info