Azərbaycan Almaniya üçün Qafqazda mühüm iqtisadi tərəfdaşdır
Tarix: 06.03.2018 | Saat: 05:22:00 | E-mail | Çapa göndər


Bundestaqın deputatı Mark Hauptman (CDU-Xristian Demokratlar İttifaqı) Azərbaycan səfirliyi və Alman-Atlantika Cəmiyyəti tərəfindən dəvət olunduğu Cənubi Qafqazda stabillik və təhlükəsizlik məsələlərinə həsr olunmuş 6-cı simpoziumda çıxış edib.
AZƏRTAC xəbər verir ki, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ regionundakı vəziyyəti xatırladan azərbaycanlı nümayəndələr Almaniyanın bu münaqişənin sülh yolu ilə həllinə cəhdlər göstərməsindən məmnunluqlarını ifadə ediblər.
M.Hauptman fraksiyadan olan həmkarı Yoaxim Pfayfer ilə birgə sözügedən məsələ ilə bağlı bildirib ki, hazırkı beynəlxalq nizama görə dövlət sərhədlərinin zorakı və beynəlxalq hüquqa zidd şəkildə yenidən çəkilməsi tamamilə yolverilməzdir.
Mark Hauptman deyib: “Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından məşğul olsaq yaxşı olardı. Belə ki, bu münaqişə nəinki çoxsaylı insan itkisi və qeyri -stabilliyə səbəb olur, eləcə də regionun iqtisadi inkişafını ləngidir”.
Simpoziumda təhlükəsizlik məsələləri ilə yanaşı, iki ölkə arasındakı iqtisadi münasibətlər də müzakirə mövzusu olub. Vurğulanıb ki, Azərbaycan Almaniya üçün Qafqazda vaz keçilməz və ən mühüm iqtisadi tərəfdaşdır. Enerji sahəsindəki vacib əməkdaşlıqdan əlavə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində də geniş potensial mövcuddur.
“Almaniya burada xüsusilə kiçik və orta müəssisələri dəstəkləməlidir ki, onlar beynəlmiləlləşmədə öz şanslarından istifadə edə bilsinlər. Federal İqtisadiyyat Nazirliyi uzun müddətdən sonra yenidən CDU-nun rəhbərliyi altına keçdiyi üçün, bu məsələdə münbit şəraitin yaradılması imkanlarından daha yaxşı istifadə olunmasını əlverişli fürsət olaraq görürəm”, -deyə Bundestaqın İqtisadiyyat və Enerji Komitəsinin əsas üzvü, deputat M.Hauptman bildirib.
Almaniya Bundestaqının deputatı sonda bu il keçirilməsi planlaşdırılan Almaniya-Azərbaycan İqtisadi Dialoqundan söhbət açıb. Azərbaycan səfirliyi ilə birgə keçirilməsi nəzərdə tutulan bu tədbir iki ölkə arasındakı əməkdaşlığı yalnız nəzəri cəhətdən deyil, eləcə də konkret şəkildə inkişaf etdirməlidir. Sözügedən tədbir Almaniya və Azərbaycan şirkətlərinə birbaşa dialoqa girmək və eyni zamanda, parlament, nazirliklər və diplomatiyanı təmsil edən qərarverici şəxslərlə bir araya gəlmək üçün imkanlar yaratmalıdır.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Politoloq: Ermənistanda növbəti marionet hakimiyyət formalaşdı
08.12.2018
AZƏRTAC mötəbər informasiya mənbəyidir
08.12.2018
Rusiya neft hasilatını sutkada 228 min barrel azaldacaq
08.12.2018
Gənclərin uğur qazanmasında könüllülük fəaliyyətinin rolu böyükdür
07.12.2018
Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı digər ölkələrə də nümunədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info