Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə maarifləndirici görüş keçirilib
Tarix: 06.03.2018 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə maarifləndirmə və motivasiya xarakterli görüş keçirib. İctimai Birlikdən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan “Həmrəy”in sədr müavini Elvin Babayev universitetin rektoru, professor Akif Süleymanova təhsil ocağında belə bir görüşün keçirilməsinə şəraiti yaratdığına görə təşəkkürünü bildirib. O, görüşün məqsədi barədə tələbələri ətraflı məlumatlandırıb. E.Babayev maarifləndirmə və motivasiya xarakterli görüşdə gələcəyin gənc mühəndislərinə Azərbaycan dövlətinin texnologiyanın inkişafı istiqamətində gördüyü işləri, Prezident İlham Əliyevin qeyri neft sektorunun inkişafına xüsusi diqqət ayırdığını tələbələrin diqqətinə çatdırıb. Qeyd edərək bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyası bu gün də uğurla davam etdirilir və Azərbaycan üçün yeni-yeni imkanlar açır. Elə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın həqiqətən müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır.
Görüşdə iştirak edən elimlər namizədi, ekoloji mühəndis Nazim Məmmədov “Ekoloji mühəndisin iş həyatına hazırlığı və Karyera düsuturu” mövzsunda geniş məlumat verərək öz təcrübəsini gələcəyin gənc mühəndisləri ilə bölüşüb. O, İdarəetmə standartı İSO 9001-2015, Ətraf mühitin mühafizəsi İD. Standartı İSO 18001, Qida Təhlükəsizliyi Standartı İSO 2200-ni araşdırmaq və öyrənmələrini tövsiyə edərək bu standartların dərinlikləri haqqında gələcəyin ekoloji mühəndislərinə məlumat verib.
Azərbaycanda 15-dən artıq şirkətdə İnsan Resursları idarə edilməsi üzrə çalışmış, bir çox tanınmış şirkətlərin İnsan Resurlarının idarəetmə sistemlərini qurmuş, İSO Beynəlxalq Standartları üzrə məsləhətçi Xəyyam Əsgərov isə öz çıxışında tələbələrə “Nəzəriyyənin peşəkar həyatla uzlaşması” mövzusunda geniş məlumat verib. Sonda universitetin DİTN-nin direktoru Fədai Əfəndiyev görüşün keçirilməsindən məmnunluğunu ifadə edib. Bu görüşü yüksək qiymətləndirərək tələbələrin gələcək iş həyatında əhəmiyyətli rol oynayacağını deyib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
07.12.2018
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
06.12.2018
45 nəfər əlilliyi olan şəxs Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb
06.12.2018
278 şəxs güzəştli mənzilə sahib olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info