Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi yazı müsabiqəsi elan etdi
Tarix: 06.03.2018 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə cari il yanvar ayının 10-da Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar Mədəniyyət Mərkəzinin cari il üçün iş planının 1-ci bəndi bu istiqamətdə çoxsaylı tədbirlər nəzərdə tutulub.
Bununla əlaqədar, cari ilin may ayında Daşkənddə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Özbəkistanın gənclərdən ibarət Simfonik Orkestrinin ifası ilə “Şərqin ilk parlayan ulduzu: Azərbaycan Xalq Respublikası - 100” adlı möhtəşəm konsert proqramının təşkili, “Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycanın ədəbiyyat tarixi” adlı özbək dilində kitabın nəşri, Özbəkistan KİV-ləri arasında “Первая Демократическая Республика в Мусульманском мире -  Азербайджанская Народная Республика – 100” adlı məqalə müsabiqənin keçirilməsi, bu mövzuda yerli mətbuatda çoxsaylı məqalələrin dərc olunması və s. tədbirlər nəzərdə tutulub.
Azərbaycan Mədəniyyət Mərkəzinin start verdiyi ilk tədbir Özbəkistanın yeniyetmələri və gəncləri arasında elan olunan “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Respublikası – 100” adlı esse yazı müsabiqəsi olub.
Esse yazıda əsasən 23 ay mövcud olan Azərbaycan Xalq Respublikasının əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatlar və bu Cümhuriyyətin gələcəkdəki müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsiri və s. əsas mövzu olaraq müəyyən edilib.
Məlumatda xüsusi qeyd olunur ki, 100 il əvvəl cümhuriyyətin elan edilməsi ağır məşəqqətlərə məruz qalan Azərbaycan xalqının milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsidir, xalqımızın dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı kimi xüsusi əhəmiyyət daşıyır. 23 aylıq bir zamanda mövcud olan bu cümhuriyyətin xalqımızın milli özünüdərk, öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.
Esse yazısının tələbləri (Arial-12 şriftində, yazılar 1.5 interval və ümumi olaraq 3-5 səhifə həcmində) müəyyən edilimiş və əsas şərt kimi fikirlərin dəqiq, obyektiv olması, mənbələrə əsaslanması, habelə bu əhəmiyyətli hadisənin Azərbaycan xalqının istiqlal tarixində oynadığı mühüm rolun aydın göstərilməsi vacib şərt kimi qeyd olunub.
Sözügedən müsabiqənin şərtlərinə əsasən esse Özbək, Azərbaycan, Rus, və İngilis dillərində yazıla bilər və yazılara Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış Xüsusi Komissiya tərəfindən baxılacaq.
Müsabiqəyə cari ilin may ayının 20-də yekun vurulacaq, qaliblər Mədəniyyət Mərkəzinin xüsusi mükafatları və Fəxri diplomları ilə təltif olunacaqlar.
Ən yaxşı esse mükafatına layiq görülən yazı Mədəniyyət Mərkəzinin Azərbaycan tarixi muzeyindəki “Azərbaycan Xalq Respublikası”na aid guşəyə yerləşdiriləcək və daimi Muzeydə sərgilənəcəkdir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Politoloq: Ermənistanda növbəti marionet hakimiyyət formalaşdı
08.12.2018
AZƏRTAC mötəbər informasiya mənbəyidir
08.12.2018
Rusiya neft hasilatını sutkada 228 min barrel azaldacaq
08.12.2018
Gənclərin uğur qazanmasında könüllülük fəaliyyətinin rolu böyükdür
07.12.2018
Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı digər ölkələrə də nümunədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info