ƏƏSMN-in “Çağrı mərkəzləri” tərəfindən 16 423 müraciət cavablandırılıb
Tarix: 06.03.2018 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə 16 423 müraciət daxil olub.
Müraciətlər sosial təminat növlərinə hüququn müəyyən olunması, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, pensiya və müavinət, sosial xidmət, sosial sığorta münasibətləri, fərdi uçot sistemi, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. məsələləri əhatə edib. Vətəndaşlar bu sahələrlə bağlı əsasən sorğularını ifadə ediblər və müraciətlərin 96,7 faizi belə sorğulardan ibarət olub.
“Çağrı mərkəzləri”nə daxil olan hər bir müraciət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti sahə üzrə mütəxəssisləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb. O cümlədən, sorğu xarakterli müraciətlərdə əksini tapan məsələlərlə bağlı vətəndaşlara qanunvericiliyin müvafiq maddələri izah olunub. Müraciətlərin qalan hissəsində isə araşdırılması tələb olunan məsələlər ifadə olunub. Həmin müraciətlər nazirliyin aidiyyəti struktur bölməsində araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb.
SMS-məlumatlandırma xidməti də davam etdirilib və ötən ay vətəndaşların aidiyyəti məsələlər üzrə məlumatlandırılması məqsədilə 70 328 SMS göndərilib.
Ümumilikdə cari ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən 31 659 müraciətin cavablandırılması təmin olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info