BDU Belarus Dövlət Pedaqoji Universiteti ilə müqavilə imzalayıb
Tarix: 06.03.2018 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Belarus Dövlət Pedaqoji Universitetinin rektoru, professor Aleksandr Jukun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.
Universitetin Mətbuat və İnformasiya şöbəsindən verilən məlumata görə, qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov ölkəmizdə elm və təhsil sahəsində həyata keçirilən uğurlu siyasətdən, o cümlədən bu ali təhsil ocağının beynəlxalq əlaqələrindən bəhs edib.
Professor Aleksandr Juk 100 illiyini qeyd etməyə hazırlaşan Bakı Dövlət Universitetinin fəaliyyətini yüksək dəyərləndirib, ümumiyyətlə Azərbaycanda təhsil və tədris sahəsinin beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. Rektor universitetlərarası əməkdaşlıq əlaqələrinin önəmini xüsusi vurğulayıb.
Görüşdə iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə tələbə, magistr və doktorantların, eləcə də müəllimlərin mübadiləsi, elmi-pedaqoji kadrların və birgə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, konfrans, simpozium və layihələrin həyata keçirilməsi məsələləri öz əksini tapıb.
Qeyd edək ki, professor Aleksandr Jukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Belarus Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Svetlana Kobaçevskaya, Fizika fakültəsinin dekanı, dosent Sergey Vasilets, BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova, Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanlı, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyev, Mexanika riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov iştirak ediblər.
Daha sonra qonaqlar universitetlə tanış olub, Heydər Əliyev muzeyi, Nano Araşdırmalar laboratoriyası və digər elmi-tədqiqat laboratoriyalarına baxış keçiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info