Erməni emissarlarının təlimatları əsasında Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxırlar
Tarix: 06.03.2018 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


“Avropada oturub Azərbaycanın dövlətçilik maraqları əleyhinə dırnaqrarası siyasət aparanların məqsədləri və məramları kifayət qədər bəllidir – düşmənə işləməklə, erməni lobbisinin dəyirmanına su tökmək”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatının fəal gənci Aydın Əhmədov bir sıra Avropa ölkələrində Azərbaycana qarşı aparılan və heç bir çərçivəyə sığmayan çirkin siyasi oyunlara münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, öz Vətənini, dövlətini, xalqını sevən, hörmət bəsləyən heç bir kəs  bu cür əməllərə yol verməz: “Hər bir azərbaycanlı gənc bu cür ünsürlərə qarşı mübarizə aparmaqla yanaşı, onların ifşa olunması istiqamətində fəal iş aparılmalıdır. Çünki Azərbaycan gənci bu ölkənin gələcəyidir. Gələcəyimizin daha firavan, daha inkişaflı, dövlətçilik təməllərimizin daha möhkəm əsaslara söykənməsi üçün yorulmadan milli satqınlara qarşı savaşımızı aparmalıyıq. Bu gün özlərini “siyasi mühacir”, yaxud “dissident” kimi təqdim edənlərin hər birinin şəxsi həyatlarını araşdırarkən, görürük ki, onların keçmişləri normal sosial-ictimai həyat tərzinə  aid olmayıb. Xəstə təfəkkürləri ilə “lider” adlandırdıqları küçə müxalifətinin maraqlarını müdafiə edə-edə, son anda saxta sənədlər düzəltdirib, Avropa ölkələrinə köçüblər. Sonradan isə erməni emissarlarının təlimatları əsasında Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxıblar. Əbəs deyil ki, sosial şəbəkələrdə təhqirlərə, həqarətlərə yol verən bu satılmış ünsürlər sonda xalqımız, xüsusilə gənclərimiz tərəfindən yerlərində otuzdurulurlar”.
A.Əhmədov onu da bildirib ki, bu gün dövlətimiz dünyada öz mötəbər yerini qorumaqla yanaşı, həm də tərəqqi edir, iqtisadi, sosial, mədəniyyət, idman və s. istiqamətlərdə sözünü deyir: “Əlbəttə, bir ölkənin müstəqil siyasət yürütməsi bizləri sevməyənlərin qısqanclığına səbəb olur. Azərbaycan dövlətinin son illərdə qazandığı nailiyyətlər, reallaşdırılan beynəlxalq və regional layihələr düşmənə göz dağıdır. Ona görə də erməni lobbisi və onların havadarları bu və ya digər şəkildə iç üzlərini aşkara çıxarırlar. Belələri öz əməllərinə görə mütləq layiq olduqları cavablarını alacaqlar, buna heç bir şübhələri olmasın”.




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər
08.12.2018
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
07.12.2018
Müxalifətin birlik problemi
07.12.2018
Aleksandr Vuçiç: “Serbiya Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir”
07.12.2018
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info