Suriya ilə bağlı plan dəyişir
Tarix: 07.03.2018 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Pentaqon: “ABŞ-ın Suriyada terrorçulara qarşı həyata keçirdiyi əməliyyatların müddəti uzana bilər”

Ərdoğandan ABŞ-ın sanksiya təhdidinə cavab: “Yanlış yanaşmadır və Türkiyə üçün keçərli deyil”

“Necə olur ki, ABŞ dünyanın hər yerində öz milli təhlükəsziliyini müdafiə edir. Heç kim ABŞ-dan soruşmur ki, neçə ildir burada nə gəzirsiniz?”
“Avropa vədlərinə əməl etsəydi, bu gün Türkiyə Avropa İttifaqının üzvü kimi öz yerini tutmuşdu. ABŞ-ın da Suriyada seçimi səhv olmasaydı, bu gün reallıq fərqli olardı”. Bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında deyib. Ərdoğan bildirib ki, Türkiyənin Rusiya və İranla üst-üstə düşən və düşməyən maraqları var: “Türkiyənin terror təşkilatları ilə mübarizəsini, C-400 almasını tənqid edənlər özlərinə baxsınlar. Bu gün Yunanıstanın C-300-ləri var, Rusiyadan alıb, buna səs çıxarmırlar. Ancaq Türkiyənin Rusiyadan C-400 alması ilə bağlı ABŞ ölkəmizə sanksiya tətbiq edə biləcəyini bəyan edir. Bu, ənənəvi yanlış yanaşmadır və Türkiyə üçün keçərli deyil”. Ərdoğan deyib ki, 46 gündür, Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı həyata keçirilir. İndiyə qədər 700 kv.km ərazi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənib, 2872 terrorçu zərərsizləşdirilib. Ərdoğan deyib ki, “Zeytun budağı” əməliyyatında Türkiyə 41 şəhid verib, Azad Suriya Ordusunun isə 159 döyüşçüsü həlak olub. Türkiyə prezidenti qeyd edib ki, Afrində keçirilən əməliyyatı nəticəsində heç bir mülki şəxsə zərər verilməyib. Ərdoğan deyib ki, Türkiyənin “İŞİD”, PKK/PYD-YPG-yə qarşı mübarizəsi bir çox adamın iç üzünü aşkara çıxarıb: "Necə olur ki, ABŞ dünyanın hər yerində öz milli təhlükəsziliyini müdafiə edir. Heç kim ABŞ-dan soruşmur ki, neçə ildir burada nə gəzirsiniz? 10 min km-dən çox məsafəni qət edib bura gəlirsiniz?! Ancaq biz Suriya ilə 911 km uzunluğunda sərhədimizin təhlükəsizliyini təmin etməməliyik?". Bu arada Pentaqonun rəsmi nümayəndəsi Adrian Renkin-Qellovey bəyan edib ki, ABŞ-ın Suriyada terrorçulara qarşı həyata keçirdiyi əməliyyatların müddəti uzana bilər: “Koalisiya məqsədinə çatacaq. Lakin Suriyada vəziyyətin mürəkkəbləşməsi “İŞİD”-ə qarşı aparılan əməliyyatın müddətini uzada bilər”. Qeyd edək ki, ABŞ 2014-cü ildən etibarən Suriya hökumətindən icazəsiz bu ölkədə hərbi əməliyyatlar keçirir. Bəzi məlumatlara görə, hazırda Suriyada ABŞ-ın 20-dək hərbi bazası mövcuddur. Vaşinqtonun bölgə ilə bağlı siyasəti ciddi şəkildə narazılıq yaradır. Ağ Evin NATO üzrə müttəfiqi Ankaranın maraqlarının nəzərə almaması Türkiyəni Rusiya və İranla yaxınlaşmağa, Suriyada hərbi varlığını artırmağa vadar edir. Bu isə ABŞ-ın regionla ağlı planlarına uyğun olmadığı üçün Ankaraya qarşı müxtəlif yollarla təzyiqlər edilir. Vaşinqton Suriyanın şimalında yeni struktur yaratmaqla təkcə Türkiyəyə qarşı plan qurmur. Bu plan regionda yeni vəziyyət yaratdığından Moskva və Tehran narazıdır. Ağ Evin hədəflərindən biri də İrandır. ABŞ-ın Türkiyənin maraqlarının nəzərə almadan reallaşdırmaq istədiyi plan İrana qarşı yönəlib. Belə ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens bəyan edib ki, Vaşinqton Tehranın nüvə silahı yaratmasına imkan verməyəcək. “RİA Novosti”nin məlumatına görə, Maykl Pens bildirib ki, İran ballistik raketlərin hazırlanması üzrə işləri davam etdirir, eləcə də terror təşkilatlarına dəstək verir. Pens qeyd edib ki, ABŞ lideri Donald Tramp nüvə razılaşması ilə bağlı fikir ayrılıqlarının aradan qalxması məqsədilə Tehrana qarşı təkrar sanksiyaların tətbiqindən imtina edib. Bununla belə, vitse-prezident vurğulayıb ki, ABŞ gələcəkdə bənzər güzəştlər etmək niyyətində deyil: “Səhv salmayın, bu, onların sonuncu şansıdır. Önümüzdəki aylarda İranla nüvə razılaşmasına yenidən baxılmasa, ABŞ yubanmadan razılaşmadan geri çəkiləcək”. Amma İranla razılaşma imzalayan Avropa bu məsələdə ABŞ-la razı deyil. Belə ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano bəyan edib ki, İran Hərtərəfli Birgə Fəaliyyət Planına əməl edərək nüvə proqramını dayandırıb. Agentliyin idarə heyətinin Vyanada keçirilən toplantısında çıxış edən Yukio Amano qeyd edib ki, agentliyin mütəxəssisləri İranın bütün nüvə obyektlərində olub və monitorinq aparıblar. Monitorinqlərin nəticəsi ictimaiyyətə açıqlanıb. Məlum olub ki, İran iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində nüvə proqramını məhdudlaşdırmaq haqqında Qərb dövlətləri ilə 2015-ci ildə əldə etdiyi razılaşmaya görə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Y. Amano qeyd edib ki, tərəflərdən birinin razılaşmanı pozması və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəylərini nəzərə almaması dünyada mənfi presedent yaradacaq. Onun sözlərinə görə, anlaşma pozulsa agentlik heç bir dövlətdə monitorinq apara bilməyəcək. İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Bəhruz Kamalvəndi isə bəyan edib ki, İran istənilən zaman uranın zənginləşdirməsini davam edə bilər. Qeyd edib ki, nüvə proqramı dayandırılıb, lakin qarşı tərəf üzərinə düşən öhdəliyə əməl etməsə İran proqramı həyata keçirəcək. Xatırladaq ki, 2015-ci ildə İran ilə 5+1 dövlətləri (ABŞ, Fransa, Rusiya, Çin, Böyük Britaniya və Almaniya) arasında razılaşma əldə edilmişdi. Razılaşmaya əsasən, ABŞ və Avropa İttifaqı İrana qarşı tətbiq etdikləri iqtisadi sanksiyaları aradan qaldırmalı bunun müqabilində isə İran nüvə proqramını məhdudlaşdırmalıdır. Lakin ABŞ prezidenti Donald Trampın razılaşmanı tanımaqdan imtina etməsi onu qeyri-müəyyən vəziyyətdə saxlayıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1700 nəfəri ötüb
09.12.2018
İngiltərədə 130-a yaxın ictimai kitabxana bağlanıb
09.12.2018
Brüsseldə polis `sarı jiletlər`in aksiyasını dayandırmağa çalışır
08.12.2018
Fransada etiraz aksiyalarında 31 min nəfər iştirak edir
08.12.2018
ABŞ Macarıstana təzyiq edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info