Region qadınları arasında sahibkarların sayı artıb
Tarix: 07.03.2018 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Bakıda “SHE Congress” beynəlxalq qadınlar konqresi işə başlayıb. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan tarixinin bütün dövrlərində qadın mövzusunun aktual olduğunu söyləyib. O deyib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, həmişə belə olub. 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda qadına seçmək və seçilmək hüququ verilib.
Komitə sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyev qadınların idarəetmədə iştirakına və irəli çəkilməsinə hər zaman önəm verib. Ulu öndər qadın hüquqlarının müdafiəsini siyasi fəaliyyətinin tərkib hissəsi hesab edib, milli qadın hərəkatının formalaşması, institutlaşması üçün böyük işlər görüb. Bu gün bu siyasəti uğurla davam etdirilib, Azərbaycanda qadın sahibkarlığının inkişafı, qaçqın və məcburi köçkün qadınların hüquqlarının qorunması istiqamətində bir sıra önəmli sənədlər imzalanıb.
Diqqətə çatdırılıb ki, 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Eyni zamanda, hüquqi bazanın yenidən təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul olunub. Ölkəmiz gender bərabərliyi sahəsində beynəlxalq konvensiyalara qoşulub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gender məsələsi xüsusi nəzərə alınıb. Qadınlara qarşı zorakılığın qarşısının alınması, məşğulluq sahəsində bərabər imkanların yaradılması, dövlət siyasətində qadınların önəmli yer tutması diqqət mərkəzindədir.
Vurğulanıb ki, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə müasir dövrdə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi ölkəmizin tərəqqisi naminə mühüm işlər görür.
Ermənistanının işğalçılıq siyasəti nəticəsində Azərbaycan qadınının üzləşdiyi çətinliklər barədə də məlumat verən Hicran Hüseynova bildirib ki, gender bərabərliyi hətta ən çətin zamanda da dövlətin diqqətindədir.
Dövlət Komitəsinin sədri qeyd edib ki, Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni iş yerlərinin açılmasınıasanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarların artmasına səbəb olub: “2017-ci ildə qadın sahibkarların sayı artaraq 21 faiz təşkil edib. Bu gün aktual məsələlərdən biri də kənd və rayonlarda yaşayan qadınların iştirakçılığının artırılmasıdır. Təkcə ötən il 50-yə qədər qadın sahibkarlıq fəaliyyətinə başlayıb. Əlbəttə bu, qadın sahibkarlığının inkişafı ilə yanaşı, əlavə iş yerlərinin yaranması deməkdir. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların iqtisadi asılılıqdan azad olmasına gətirib çıxarır".
Qeyd edək ki, bu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1%-ni və ya 4 mln. 960,1 min nəfərini qadınlar təşkil edib. Ötən il doğulmuş 144,0 min körpənin 46,8%-ni qız uşaqları təşkil edib. Qadınların 53,4%-i nəsilvermə qabiliyyətinə malikdir. Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 17 doğum evi, 137 qadın məsləhətxanası, 250 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2%-dir.

Sahib Məmmədov: “4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit ayrılıb”
Bu günədək Azərbaycanda 4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit ayrılıb. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə müsahibəsində deyib. Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının prioritet sahə olduğunu xatırladan nazir müavini bildirib ki, hazırda bu sahənin inkişafı üçün müxtəlif güzəştli biznes kreditlər təklif edilir: “2017-ci il ərzində 1953 sahibkara 146 milyon manat güzəştli kredit ayrılıb. Bu günədək Azərbaycanda 4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit ayrılıb. Bu isə Azərbaycanda artıq geniş sahibkar ordusunun formalaşmasından xəbər verir”.
“Azərbaycanın 100 işgüzar xanımı” təşkilatının sədri Tatyana Mikayılova bildirib ki, qadınların cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olmaları üçün müxtəlif sahələrdə islahatlar aparılmalıdır. Qızların, qadınların hüquqlarının pozulmasını araşdırmaq üçün, ilk növbədə, cinsi seleksiya məsələlərinə nəzər yetirmək lazımdır.
Tədbirdə digər çıxış edənlər “SHE Congress” layihəsi barədə məlumat veriblər. Bildirilib ki, layihənin əsas məqsədi biznesdə öz sözünü demiş, ailə həyatını və analığı karyerası ilə uğurla uyğunlaşdıra bilən qadınların öz təcrübələrini çətinlik çəkən və biznesdə ilk addımlarını atanlarla bölüşməkdir.
Xatırladaq ki, “SHE Congress” beynəlxalq qadınlar konqresi Bakıda ikinci dəfədir keçirilir. Konqresin əsası 2014-cü ildə Kiyevdə qoyulub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info