“Deutsche Welle”: “Almaniyadan Azərbaycanın enerji layihələrinə dəstək”
Tarix: 07.03.2018 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


“Almaniya hökuməti Azərbaycandan təbii qaz nəqli üçün alman bankı tərəfindən 1,5 milyard dollar kredit ayrılmasına zamin durub”
Almaniyanın “DeutscheWelle”-türkcə nəşri yazır ki, Almaniya hökuməti Azərbaycandan təbii qaz nəqli üçün Azərbaycan dövlət müəssisəsinə bir alman bankı tərəfindən ayrılacaq 1,5 milyard dollar kredit üçün zamin durub. Maliyyə Nazirliyinin Federal Məclisin Büdcə Komissiyasına göndərdiyi məktubda Azərbaycandan təbii qaz nəqlinin Avropa və Almaniyanın enerji təchizatını təminat altına alacağı bildirilir. Alman enerji nəhəngi EON bir neçə il öncə Azərbaycan ilə əhatəli təbii qaz nəqli memorandumu imzalamışdı. Ona görə EON-a bağlı “Uniper” şirkəti 2020-2044 illərdə “CənubQaz Dəhlizi” vasitəsilə Azərbaycandan hər il 1 milyard 450 milyon kubmetr təbii qaz idxal edəcək. Nəşr yazır ki, dəyəri milyardlarla dollar olan layihə Azərbaycan təbii qazının Gürcüstan, Türkiyə və Yunanıstan üzərindən İtaliyaya göndərilməsini təmin edəcək. Almaniya Maliyyə Nazirliyi kreditin Azərbaycan tərəfindən dövlət təminatı altına alındığı və qaz satışından əldə ediləcək gəlirlə geri ödənəcəyinibildirib. Kredit Azərbaycan dövlət şirkətinin Xəzər dənizindəki “Şahdəniz” təbii qaz yataqlarındakı hissəsi ilə Türkiyədən keçəcək TANAP boru xəttinin maliyyəsində istifadə ediləcək. Türkiyənin Yunanıstan sərhədi ilə İtaliya arasında inşa ediləcək boru xətti(TAP) üçün 500 milyon avro dəyərində ixrac krediti təminatı verilməsi məqsədilə Maliyyə Nazirliyinə müraciətin müzakirədə olduğu açıqlanıb.
Qeyd edilir ki, TANAP və TAP “Cənub Qaz Dəhlizi”nin iki layihəsini təşkil edir. Almaniya hökumətinin “Almaniyanın dövlət maraqları baxımından önəm daşıyan” xaricdəki layihələrin maliyyəsinə zamin durmaq səlahiyyəti var. Kredit təminatlarında Almaniyanın uzunmüddətli neft və təbii qaz ehtiyacının ödənməsi məsələsi əsas götürülür. Rusiyaya olan enerji asılılığının azaldılmasına yönələn investisiyalar Avropa Birliyi tərəfindən də dəstəklənir. Avropa Yenidənqurma və İnkişaf Bankı oktyabr ayında TANAP layihəsinə 500 milyon avroluq kredit verilməsini dəstəkləmişdi. Layihəyə Dünya Bankı da kredit yardımı ayırıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info