“Real” və “Liverpul” UEFA Çempionlar Liqasının ilk dörddəbir finalçılarıdır
Tarix: 07.03.2018 | Saat: 06:01:00 | E-mail | Çapa göndər


Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, günün əsas oyunu Parisdə keçirilib. “PSG” “Real”ı qəbul edib. Matçın 52-ci dəqiqəsində Dani Alvesin kobud səhvindən sonra Kriştiano Ronaldu hesabı açıb. Oyunun 65-ci dəqiqəsində hakimə etirazına görə Marko Veratti ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Meydan sahibləri oyunun 71-ci dəqiqəsində Edison Cavaninin vurduğu qol ilə hesabı bərabərləşdiriblər. Qonaq "kral" klubu 80-ci dəqiqədə hesabda yenə önə keçib. Kazemiro fransızları meydanın mərkəzinə dəvət edib. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.
Bu komandalar arasında ilk görüş madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı. "Real" növbəti mərhələyə yüksəlib.
Günün digər matçı İngiltərədə keçirilib. Səfərdə rəqibini 5:1 hesabı ilə darmadağın edən “Liverpul” öz meydanında “Portu”nu məğlub edə bilməyib. “Liverpul” 0:0 hesablı bərabərliklə növbəti mərhələyə yüksəlib.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
PSJ Ander Herreranı transfer edir
23.03.2019
Rafael Varan “Real“dan yayda ayrılmaq istədiyini söyləyib
22.03.2019
Mbappe İspaniyaya keçir?
22.03.2019
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan
21.03.2019
Avro-2020: seçmə mərhələnin ilk qolu vurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info