Vyanada Novruz bayramı qeyd edilib
Tarix: 07.03.2018 | Saat: 13:05:00 | E-mail | Çapa göndər


Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrin milli icmalarının təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova xalqımızın əziz bayramı olan Novruzun mahiyyəti və tarixi haqqında məlumat verib. Qeyd edilib ki, tarixi ən qədim dövrlərə gedib çıxan bu bayram Balkan yarımadasından tutmuş Uzaq Şərqədək böyük bir ərazidə yüz milyonlarla insan tərəfindən qeyd edilir. Sovet rejimində bu bayram qadağan edilsə də, onu Azərbaycan xalqının qəlbindən silmək mümkün olmayıb. Bu gün Novruz bayramı Azərbaycanda rəsmi bayram, qeyri-iş günü və hər kəsin ən əziz günlərindən biridir.
Novruz müxtəlif etnoslardan insanları və onların mədəniyyətlərini bir araya gətirən bayram kimi hazırda dünya miqyasında qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Həmçinin BMT Baş Məclisi tərəfindən martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.
Builki bayram tədbirinin “od çərşənbəsi”nə təsadüf etdiyini diqqətə çatdıran L.Qasımova Novruzun ilaxır çərşənbələri, onların təmsil etdiyi dörd ünsür, bayramın mifoloji və etnoloji mahiyyəti barədə danışıb.
Bədii hissə ilə davam edən tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrindən ibarət milli musiqi və rəqs qrupu çıxış edib. Xalq Artisti Gülyanaq Məmmədovanın rəhbərlik etdiyi musiqi qrupu Azərbaycan muğam və təsniflərini, xalq və bəstəkar mahnılarını ifa edib.
Sonda qonaqlara Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanılıb.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək
10.12.2018
Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info