“Hündür günbəzli hamam” təmir-bərpa olunur
Tarix: 07.03.2018 | Saat: 11:08:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Quba şəhərində yerləşən “Hündür günbəzli hamam”da təmir-bərpa işləri həyata keçirilir.
Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov məlumat verib
Onun sözlərinə görə, “Hündür günbəzli hamam” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Abidə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə bərpa olunur.
“Tarixi abidənin bərpa olunması istiqamətində işlər davam etdirilir. Ötən müddət ərzində abidənin fasad və daxili divarlarında yaranmış fəsadlar aradan qaldırılıb, hörgüarası tikişlər təmizlənərək əhəng məhlulu ilə yenidən doldurulub. Hücrələrdə möhkəmləndirmə işləri görülüb, damın səthi torpaq və ot örtüyündən tam təmizlənib, sahə bərpa olunaraq izolyasiya edilib, günbəzə qalxan kərpic pilləkən bərpa olunub. Hamamın fasadında və daxili hissələrində aşınmış kərpiclər bərpa edilib, relyef üzrə səviyyə fərqinə görə perimetr boyu torpaq 50 santimetr dərinliyində qazılaraq hamama daxil olmaq üçün pilləkənlər quraşdırılıb. Otaqların döşəmələri palçıq təbəqəsindən təmizlənərək bərpa olunub, eyni zamanda tavan və divarlar suvaq qatından təmizlənərək ilkin vəziyyətə uyğun bərpa işləri həyata keçirilib. Tarixi abidənin qapı və pəncərələri yeniləri ilə əvəz edilib, isitmə, soyutma avadanlıqları quraşdırılıb, hasarı bərpa olunub”, -deyə F.Hüseynov bildirib.
Qeyd edək ki, Qubada yerləşən “Hündür günbəzli hamam” XIX əsrdə, şərq memarlığı üslubunda inşa olunub. Tikintisində bişmiş kərpicdən istifadə edilib. Tarixi abidədə sonuncu dəfə 1986-1987-ci illərdə təmir-bərpa işləri aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.06.2018
Bakıda Yoqa festivalına start verib
24.06.2018
Xaçmazda Qara Qarayevin 100 illik yubileyi konsert proqramı ilə qeyd olunub
24.06.2018
Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək
23.06.2018
İran Milli Orkestri ilk dəfə olaraq Bakıda çıxış edəcək
22.06.2018
Milli irsimizin yorulmaz tədqiqatçısı

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9454

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info