Stanford Universitetində Xocalı soyqırımına dair tədbir keçirilib
Tarix: 07.03.2018 | Saat: 11:36:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kaliforniya ştatında yerləşən və dünyanın 5 ən nüfuzlu universiteti sırasında (ikinci) yer alan Stanford Universitetində martın 2-də Xocalı soyqırımına həsr olunmuş geniş anma tədbiri keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi nümayiş etdirilib. Film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.
 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin icraçı direktoru Həmid Azəri 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilmiş və müasir dövrün ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı haqqında ətraflı danışaraq gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.
 
Sonra icma fəalları, o cümlədən Samir Lütvəliyev və Anar Usubov (Xocalı soyqırımı şahidi) çıxış edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində çoxlu sayda dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyini, öz torpaqlarından didərgin salındığını, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və bu təcavüzü pisləyən müvafiq qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini bildiriblər.
 
Sonra “Zülmətdən Qaçarkən” filmi nümayiş etdirilib. Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Eyni zamanda, Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
 
Sonda tanınmış azərbaycanlı kamança ifaçısı İmamyar Həsənovun ifasında həzin musiqi əsərləri səsləndirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
Yaponiya hökuməti immiqrasiya qanununa dəyişikliklər edəcək
17.06.2018
Yunanıstan müxalifəti Tsipras hökumətinı istefaya göndərə bilməyib
15.06.2018
Rusiya ABŞ Donanmasını “batırmaqla“ təhdid edir
14.06.2018
Türkiyə-Rusiya-ABŞ üçbucağı: S-400-ə qarşı F-35
14.06.2018
Ərdoğan: “TANAP-ın açılışı Türkiyəni regionda daha güclü dövlətə çevirəcək”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9422

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info