Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlılar ölkəmizin davamlı inkişafını təmin edəcək seçkilərə inanır- BƏYANAT
Tarix: 07.03.2018 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Azərbaycanda vətəndaşların seçkilərdə fəal iştirakı və seçici aktivliyinin təmin olunması üçün bütün lazımi işlər görülüb. Sechki-2018.az saytının məlumatına görə, bu barədə “Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası”nın bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dünya birliyində özünəməxsus yer tutub.  Müstəqilliyinin ilk illərində beynəlxalq təşkilatlara yalnız üzv olmaq istiqamətində səylərini ortaya qoyan dövlətimiz bu gün artıq dünya birliyinə fəal inteqrasiya edən, aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını gücləndirən, beynəlxalq və regional layihələrlə bağlı təşəbbüslər irəli sürən və bu təşəbbüsləri bilavasitə icra edən bir dövlətə çevrilib. Hər bir ölkənin xarici siyasətinin başlıca istiqamətlərindən biri də beynəlxalq təşkilatlarla münasibətlərin və fəaliyyətin səmərəli təşkil edilməsidir. Beynəlxalq təşkilatlarla fəaliyyətin səmərəli qurulması deyildikdə həmin təşkilatların idarə olunmasında ölkə vətəndaşlarının fərdi qaydada iştirakı da nəzərdə tutulmalıdır. Çünki belə təşkilatlarda işləyən vətəndaşlar həm də mənsub olduqları xalqın bir nümayəndəsi kimi fəaliyyət göstərirlər. Onlar faəliyyət göstərdikləri təşkilatlar çərçivəsində ölkələrinin reallıqlarının təhrif edilməsi istiqamətində, habelə ölkələri ilə bağlı düzgün olmayan məlumatların yayılması hallarına qarşı ciddi səylə mübarizə aparmaq üçün müvafiq resurslara malik olurlar.
 “Aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkilərə hazırlıq prosesi davam edir. Azərbaycanda seçki prosesi tarixinə nəzər saldıqda 1993-cü ildən etibarən ölkəmizdə böyük seçki təcrübəsinin formalaşdığını qeyd etmək lazımdır. Ümumiyyətlə seçkilər yeni qlobal və regional çağırışlara layiqli cavabı verməyə qadir olan namizədi seçmək üçün imkan deməkdi. Bu gün gənc dövlət  olmasına baxmayaraq, sürətlə inkişaf edən Azərbaycanın inkişafının davamlı olması üçün vətəndaşların seçki mədəniyyəti, seçki aktivliyi önəmlidir. Azərbaycanda vətəndaşların seçkilərdə fəal iştirakı və seçici aktivliyinin təmin olunması üçün kifayət qədər uğurlu işlər görülüb.
“Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası”  qarşıdan gələn prezident seçkilərində cəmiyyətimizi və ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizi fəal iştirak etməyə, Azərbaycanın uğurlu gələcəyini təmin edən namizədə səs verməyə çağırır. “Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası” olaraq  Azərbaycanda prezident seçkilərinin demokratik prinsiplər əsasında, şəffaf şəkildə keçəcəyinə inanırıq.
Fuad




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
07.12.2018
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
06.12.2018
45 nəfər əlilliyi olan şəxs Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb
06.12.2018
278 şəxs güzəştli mənzilə sahib olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info