Azərbaycan Universitetində Konfutsi Mərkəzi açılıb
Tarix: 07.03.2018 | Saat: 13:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Universitetində Konfutsi Mərkəzinin açılışı olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, mərkəz Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək. Mərkəzdə Çin mədəniyyətinin öyrənilməsi və Çin dilinin tədrisi də nəzərdə tutulur.
Açılış münasibətilə keçirilən tədbirdə institutun tarixi və missiyası, Azərbaycandakı və dünyadakı fəaliyyəti haqqında məlumat verilib. İnstitutun Çin tərəfdən direktoru xanım Luo Siaocı qeyd edib ki, dünyada ilk Konfutsi İnstitutu 2004-cü ildə Koreyanın paytaxtı Seulda açılıb. Azərbaycanda isə 2011-ci ildə fəaliyyətə başlayıb.
Xanım Luo Siaocı deyib: “İnstitutun missiyası Çin mədəniyyətinin və fəlsəfəsinin bütün dünyada təbliğ edilməsi, Çin ilə digər ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsidir. Azərbaycanda Çin dilinin tədrisi bu qurum vasitəsilə təşkil olunur. İnstitut yeddiillik fəaliyyəti dövründə Çin ilə Azərbaycan arasında möhkəm dostluq əlaqələrinin qurulmasına mühüm töhfələr verib”.
L.Siaocı institut tərəfindən təşkil olunan kurslar, yaradılan təhsil və təqaüd imkanları, Çin dili üzrə beynəlxalq sertifikatın karyera perspektivləri, həmçinin “Çin dili körpüsü” beynəlxalq müsabiqəsi haqqında da məlumat verib.
Tədbirdə universitetin müəllim və tələbələri üçün Çin dilinin tədrisi üzrə nümunəvi dərs nümayiş olunub. Açılış tədbiri iştirakçılar üçün ənənəvi Çin çay mərasiminin keçirilməsi ilə yekunlaşıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Erkən nikahlarla bağlı regionlarda tədbirlər keçirilir
20.06.2018
Özəlləşdirilən dövlət əmlakları biznes layihələrinin reallaşmasını mümkün edir
20.06.2018
Havanın temperaturu 36 dərəcəyə yüksələcək
20.06.2018
Ombudsmanın təqdimatı əsasında indiyədək 638 nəfər əfv edilib
20.06.2018
Ombudsman: “Bələdiyyələrdə qadınların sayı 35 faizə çatıb“

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9429

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info