“Bakcell” şirkətinin baş direktoru Barselonada panel müzakirələrinə qatılıb
Tarix: 07.03.2018 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti mobil sənayenin paytaxtı olan Barselona şəhərində keçirilmiş Dünya Mobil Konqresində iştirak edib. GSMA tərəfindən təşkil olunan Dünya Mobil Konqresi (Mobile World Congress) mobil telekommunikasiya sahəsinin ən nüfuzlu və ən böyük tədbirlərdən biri sayılır.
Şirkətdən bildirilib ki, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers Dünya Mobil Konqresinin İdman və Əyləncə sammiti çərçivəsində “Müştəri Təcrübəsinin Təkmilləşdirilməsi” mövzusunda keçirilmiş panel müzakirələrinə qatılıb.
“Bakcell” öz şəbəkəsinə və müştəri təcrübəsinin daha da inkişaf etdirilməsinə sərmayə yatırmağa davam edir. Biz inanırıq ki, innovativ texnologiyalar müasir və etibarlı şəbəkə ilə birlikdə bizim müştərilərimizə yüksəkkeyfiyyətli müştəri təcrübəsi təmin etmənin təməlidir”, - deyə Nikolai Beckers bildirib.
Panel müzakirələrində N.Beckers ilə birgə “Active Ticketing” şirkətinin baş direktoru Li But, “O2” şirkətinin baş marketinq direktoru Nina Bibbi, “Globe” şirkətinin kontent biznesi üzrə vitse-prezidenti Jil Qo və “Barcelona” futbol klubunun əmlak məsələləri üzrə direktoru Uilyam Mannarelli də iştirak edib. Panel müzakirəsi zamanı sənaye liderləri mobil texnologiyanın müştəri xidmətinin keyfiyyətinə, özünəxidmət imkanlarının genişləndirilməsinə, infrastrukturun effektivliyinin artırılmasına və məzmuna çıxış imkanlarının təmin edilməsinə müsbət təsirindən söz açıblar.
Ənənəvi olaraq hər il keçirilən Dünya Mobil Konqresi telekommunikasiya sənayesi üzrə yeni əlaqələrin qurulması, yeni biznes və sövdələşmə imkanlarının yaradılması üçün dünyanın ən yüksək səviyyəli tədbiridir. Konqres çərçivəsində dünya səviyyəli konfranslar və peşəkar panel müzakirələri keçirilir, 2200-dən artıq şirkət tərəfindən mobil kommunikasiya bazarının gələcəyini təşkil edəcək ən son məhsul və texnologiyalar nümayiş olunur.
“Bakcell” şirkətinin nümayəndələri hər il olduğu kimi, bu il də fevralın 28-dən martın 1-dək davam edən Dünya Mobil Konqresində fəal iştirak ediblər. Səfər zamanı şirkətin yüksəkvəzifəli şəxsləri və aparıcı menecerləri ən son texnoloji yeniliklər və sənayenin ən müasir tendensiyaları ilə tanış olub, bir sıra maraqlı panel və müzakirələrdə iştirak ediblər.
İnnovasiyalar sahəsində lider olan “Bakcell” şirkəti Azərbaycan istehlakçılarının dünyanın ən son tendensiyaları və yerli bazarın tələblərinə uyğun olan ən son məhsul və xidmətlərdən yararlanması üçün əlindən gələni edir. Qlobal telekommunikasiya tendensiyaları ilə ayaqlaşmaq məqsədilə “Bakcell” müntəzəm qaydada ən nüfuzlu telekommunikasiya tədbirləri və sərgilərdə iştirak edərək müştərilərə ən yüksək səviyyədə xidmət göstərməyinə kömək edə biləcək ən yaxşı ideyalarla qayıdıb onları tətbiq etməyə çalışır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info