“Azəraeronaviqasiya“ və IATA bir neçə sahədə əməkdaşlıq edəcək
Tarix: 07.03.2018 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bir sıra mühüm sahələrdə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıb. 
AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, sazişi AZANS-ın direktoru Fərxan Quliyev və IATA-nın vitse-prezidenti Rafael Şvartsman Madriddə Hava hərəkətinin təşkili üzrə illik Ümumdünya konqresi çərçivəsində imzalayıb. Saziş hava hərəkətinin təşkili, hava hərəkətinin idarə edilməsi, aeronaviqasiya heyətinin təlimi, PANS/OPS uçuş prosedurlarının işlənib hazırlanması və xidmətlərin akkreditasiyası sahəsində əməkdaşlığı nəzərdə tutur. AZANS və IATA arasında əməkdaşlıq regionda hava hərəkəti xidmətinin təhlükəsiz və səmərəli təmin olunmasına kömək edəcək. 
AZANS HHİ-nin direktoru Fərxan Quliyev, həmçinin Sinqapurun Təhlükəsizlik və Aeronaviqasiya Təminatı üzrə Təşkilatının (CAAS) baş direktoru Kevin Şum ilə görüşüb. Görüş zamanı tərəflər tranzit uçuşların  planlaşdırılması və hava hərəkətinin təhlükəsizliyi  sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin havahərəkətinin təşkili üzrə illik Ümumdünya konqresi çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda “Thales” şirkəti ilə birgə açılmış AZAL-ın yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) təqdimatı keçirilib. 
Tədbir çərçivəsində həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda AZANS Hava Hərəkəti İdarəsi ilə "Virtual HHİ qülləsi”nin tətbiqi üzrə yeni yüksək texnoloji layihənin işə salındığı elan olunub. Müvafiq müqaviləni AZAL prezidenti Cahangir Əsgərov və “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi fevralın 8-də Bakıda imzalayıblar.  Layihə Fransanın “Thales” və Kanadanın aviasiya sahəsində innovasiyaların tətbiqi işində ixtisaslaşan və  rəqəmsal HHİ qüllələrinin hazırlanması sahəsində "pioner" olan “Searide” şirkəti ilə konsorsiumda həyata keçiriləcək. 
"Virtual qüllə" aerodrom ərazisində hava hərəkətinin idarəedilməsini həyata keçirməyə və süni intellekt və rəqəmsal sistemlər tətbiq edərək məsafədən uçuş-informasiya xidməti göstərməyə imkan verəcək. Bu zaman HHİ-nin dispetçerləri tərəfindən idarə olunan real qüllənin səviyyəsinə ekvivalent olan istismar təhlükəsizliyinin tələb olunan səviyyəsinə tamamilə əməl olunur ki, bu da biznesi artan tələblər və sürətlə dəyişən xidmətlər bazarına  vaxtında uyğunlaşdırmağa imkan verəcək. 
Hava hərəkətinin təşkili üzrə Ümumdünya konqresi HHT sahəsində ən böyük beynəlxalq peşəkar tədbirdir. Tədbir çərçivəsində bütün dünyadan hər il 7 500-dən çox mütəxəssisin iştirak etdiyi unikal sərgi və konfrans keçirilir. Konqres Mülki Aviasiya Aeronaviqasiya Xidmətlərinin Təchizatçıları Təşkilatı (CANSO) tərəfindən HHİ Dispetçerləri Assosiasiyası (ATCA) ilə tərəfdaşlıqda təşkil olunur və keçirilir. Konqresin iştirakçıları sırasına dünyanın aparıcı məhsul və xidmət müəllifləri, ekspertlər, aparıcı rəhbərlər, aeronaviqasiya xidmətlərinin təchizatçıları daxildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq
06.12.2019
Rabitə işçiləri və onların ailə üzvləri üçün müjdə!
06.12.2019
Prezident və birinci xanım Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər
06.12.2019
Azərbaycan beynəlxalq təşkilatların donoru qismində 7 mln. dollar ayıracaq
05.12.2019
Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info