Bakı şəhərətrafı dəmir yolu xəttinin tikintisi üçün vəsait ayrılıb
Tarix: 08.03.2018 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Prezidentin sərəncamı ilə Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi, əsaslı təmiri və tikintisi üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə 100 milyon manat vəsait ayrılıb. Sərəncamda bildirilib ki, iqtisadiyyatın əsas seqmentlərindən biri olan nəqliyyat sahəsində aparılan uğurlu islahatlar nəticəsində respublikanın avtomobil və dəmir yolları infrastrukturu müasir standartlara uyğun yenidən qurulub, yol qovşaqları, körpülər, keçidlər tikilib, eyni zamanda, ölkənin tranzit potensialının artırılması, beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulması istiqamətində bir sıra irihəcmli layihələr həyata keçirilib, vaqon parkı və qatarlar yenilənib. Dəmir yolu ilə sərnişindaşımaların həcminin və keyfiyyətinin artırılması, qatarların sürətli və təhlükəsiz hərəkətinin təmin olunması üçün görüləcək tədbirlər sırasında Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Sözügedən işlər çərçivəsində mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
Bakı metrosu dezinfeksiya ediləcək
20.02.2020
Prezident İlham Əliyevin və Prezident Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20.02.2020
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü
20.02.2020
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20.02.2020
Ali Məhkəməyə daxil olmuş işlərin sayı 4,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
3 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”
4 Ukrayna televiziyalarında erməni işğalı haqqında məlumat verilib
5 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info