ATƏT Minsk qrupunun həmsədri: “Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi saxlana bilməz”
Tarix: 08.03.2018 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər davam edir. Mövcud vəziyyətlə bağlı əsas faktorlardan biri status-kvonunsaxlanmasıdır. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində indiki status-kvo uzunmüddətli perspektivdə saxlana bilməsə də, bu münaqişənin hərbi həll yolu yoxdur”.Bunu “Trend”ə eksklüziv müsahibəsində ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri EndrüŞefer deyib.Diplomat vurğulayıb ki, ABŞ münaqişənin həlli üzrə danışıqlar prosesini dəstəkləyir və həmsədr ölkə qismində Azərbaycan və Ermənistanla fəal qarşılıqlı fəaliyyəti davam etdirəcək:“ABŞ-ın uzunmüddətli siyasəti ondan ibarətdir ki, ədalətli nizamlanma beynəlxalq hüquq normaları, o cümlədən Helsinki Yekun Aktı və onun güc tətbiqetməmə, ərazi bütövlüyü prinsiplərinə, bərabər hüquq və öz müqəddəratını təyinetmə hüququna əsaslanmalıdır”.
E.Şeferin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin 2017-ci il Cenevrədə danışıqlar prosesinin intensivləşdirilməsi və gərginliyin azaldılması ilə bağlı əlavə tədbirlərin görülməsi üçün götürdüyü öhdəliklər bu reallığı əks etdirir:“Cenevrədəki görüşdən sonra biz münaqişə tərəfləri ilə öhdəliklərin həyata keçirilməsi üçün böyük iş aparmışıq və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.Həmsədr ölkə qismində ABŞ-ın ATƏT Minsk qrupu çərçivəsində danışıqlar prosesinə sadiq qaldığını vurğulayan E.Şefer qeyd edib ki, həmsədrlər tərəflərlə istənilən formatda işləməyə hazırdır:“Biz çalışırıq ki, prezidentlər və xarici işlər nazirləri əsas məsələlər üzrə, o cümlədən atəşkəs rejiminin qorunmasının vacibliyi və 2017-ci ildə Cenevrədə, eləcə də 2016-cı ildə Vyana və Sankt-Peterburqda qəbul edilmiş qərarların reallaşdırılması üçün addımların müzakirəsinin bərpa olunması məqsədilə qısa zamanda görüşsünlər”.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsinə toxunan E.Şefer deyib ki, bu addım tərəflərin qarşıdurma xəttində gərginliyin azaldılması üçün görülən tədbirlərə sadiqliyini nümayiş etdirəcək.Bakı ilə Yerevanın dayanıqlı sülhə nail olmağa nə dərəcədə yaxın olduğu barədə suala cavab verən həmsədr bildirib ki, münaqişənin həlli üçün sadə yollar yoxdur:“Mən 2017-ci ilin avqustunda ABŞ tərəfindən ATƏT Minsk qrupunun həmsədri təyin olunmuşam. Fəaliyyətim müddətində mən münaqişənin fərqli aspektləri ilə məşğul olan müxtəlif insanlarla görüşmüşəm. Kifayət qədər təklif və ideyalar eşitsəm də, münaqişənin həlli üçün sadə yol yoxdur”.
Regiona növbəti səfərin tarixi barədə danışarkən diplomat qeyd edib ki, hazırda Minsk qrupu həmsədrlərinin iş cədvəlində bu məsələ yer almayıb, amma onlar regionda seçkilər müddətini nəzərə alaraq tərəflərlə məsləhətləşmələri davam etdirəcəklər.
ABŞ-ın Stanford Universitetində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib
Xocalı soyqırımının ildönümü ilə bağlı xarici ölkələrdə tədbirlər davam edir. ABŞ-ın Kaliforniya ştatında yerləşən və dünyanın 5 ən nüfuzlu universiteti sırasında yer alan Stanford Universitetində Xocalı soyqırımına həsr olunmuş geniş anım tədbiri keçirilib.Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los-Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş etdirilib. Bu film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, tədbiri açan Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin icraçı direktoru Həmid Azəri 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilmiş və müasir dövrün ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.
Sonra icma fəalları, o cümlədən Samir Lütvəliyev və Anar Usubov (Xocalı soyqırımının şahidi), çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində çoxlu sayda dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyini, öz torpaqlarından didərgin salındığını, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və bu təcavüzü pisləyən müvafiq qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini bildiriblər.
Daha sonra “Zülmətdən qaçarkən” filmi nümayiş etdirilib. Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Eyni zamanda Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda tanınmış azərbaycanlı kamança ifaçısı İmamyar Həsənovun ifasında həzin musiqilər səsləndirilib.

Tarix İnstitutu: “Ermənilər Şimali Azərbaycana “Türkmənçay”ın şərtlərinə əsasən köçürülüblər”

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.Tarix İnstitutundan verilən məlumata görə, Elmi Şurada “Türkmənçay müqaviləsi və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” məsələsi müzakirə edilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı terrora, soyqırımlarına və deportasiyalara ən çox məruz qalmış xalqlardan biridir: “200 ildir ki, xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb”.
“1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsi və 1829-cu il Ədirnə müqaviləsi ilə ermənilərin Osmanlı imperiyası və Qacarlar İranından köçürülməsinin əsası qoyuldu. Erməni köçlərini bütün yol boyunca çar Rusiyasının mühafizə dəstələri müşayiət edir, onlara adambaşına pul və ərzaq paylanır, köç üçün nəqliyyat ayrılır, ən münbit Azərbaycan torpaqları onlara verilir və bütün vergilərdən azad olunurdular. Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri budur ki, tanınmış rus rəssamı Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr edib”, - deyə Yaqub Mahmudov qeyd edib.Akademik bildirib: “Çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında yeni bir etnos - erməni etnosunu məskunlaşdırdı. Ermənilər bura I Pyotrun göstərişindən sonra Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülmüş etnosdur. Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir”.İnstitut direktorunun sözlərinə görə, Osmanlı imperiyası və Qacarlar İranının bəzi dairələri ermənilərin Cənubi Qafqaza köçürülməsinə etiraz ediblər.
Xatırladaq ki, tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”.
Tarixçi alimlər Kərim Şükürov, Hacı Həsənov, Ənvər Məmmədov, Elçin Qarayev, Vidadi Umudlu, Ramil Niftəliyev, Zeynəb Qafarova, Sahibə Budaqova və başqaları çıxış edərək bildiriblər ki, ermənilər Cənubi Qafqaza gətirilmə etnosdur və bugünkü Ermənistan Respublikası Azərbaycanın tarixi torpaqlarında yaradılıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
19.11.2019
“Ermənistan tərəfindən işğala son qoyulmaqla bu haqsızlıq tezliklə aradan qaldırılmalıdır”
18.11.2019
Ankarada Xocalı soyqırımına aid abidə kompleksi tikiləcək
14.11.2019
UNESKO-nun Baş Konfransında erməni yalanları ifşa olunub
12.11.2019
Türkiyə Prezidentinin müşaviri: “Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info