“Ürək xəstəliklərində normal qidalanmanın böyük rolu var”
Tarix: 08.03.2018 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Nurlanə Əliyeva: “Ürək xəstəlikləri və qəfləti ölümlərin sayının artması, hazırda xəstəliklər arasında birinci yerdədir”

Hazırda ürək xəstəlikləri insanlar arasında geniş yayılıb. Digər xəstəliklərlə müqayisədə ürək xəstəlikləri çox risklidir. Çünki istənilən ürəktütması ölümlə nəticələnə bilər. Azərbaycan və Avropa Kardioloqlar Assosiasiyasının üzvü, həkim kardioloq Nurlanə Əliyeva qəzetimizə müsahibəsində bu risklərdən qorunmağın yollarından danışıb.
-Bu gün ürək çatışmazlığı ilə bağlı insanlarda hansı risklər var?
- Öncə bütün xanımlarımızı 8 Mart bayramı münasibətilə təbrik edirəm və hər kəsə cansağlığı arzulayıram.
Hazırda qəfləti ölümlərin əksər səbəbi aritmiyalardır. Ürəkdə olan ritm pozulmasıdır ki, bunu da tam olaraq angioqrafiya ilə biləkdən katetrlə daxil olub, elektrocihaz vasitəsilə aritmiogen ocaqları yandırmaqla tam olaraq aradan qaldırmaq olur. Beləliklə, xəstə tam sağalmış olur.
Mən Azərbaycan və Avropa Kardioloqlar Assosiasiyasının üzvü kimi deyə bilərəm ki, ürək xəstəlikləri və qəfləti ölümlərin sayının artması, hazırda xəstəliklər arasında birinci yerdədir. Bu göstərici nəinki Azərbaycanda, Avropada da eynidir.
Son araşdırmalara görə kardio xəstəliklər svilizasiya xəstəliklərinin də tərkibinə daxildir. İnternet şəbəkələrinin də böyük təsiri var və böyük risk faktorudur. Nə qədər ki, bu şəbəkələr təkmilləşəcək və bizlər daha çox istifadəçisi olacağıq, bir o qədər ciddi xəstəliklər daha tez yaranacaq. Əvvəllər yaş faktorunu götürərdilər ki, hazırda xəstəliklər cavanlaşdığı üçün, yaş götürülmür.
Mən tövsiyə edərdim ki, irsi ürək problemi ilə rastlaşan gənclərimiz mütləq müayinə olunsunlar. Adi ekq ilə də müəyyən edə bilərik, amma yetər ki zamanında müraciət etsinlər. İrsi ürək xəstəliyi olanlarda, çox vaxt anadangəlmə, ciddi də olmasa, mütləq nəsə olur. Yaşadığımız həyat tərzi streslərlə doludur.Ürək catışmazlığının başlıca səbəbi də streslərdir. Siqarət çəkmək, normal qidalanmamaq, oturaq həyat tərzi, hormonal faktorlar və s. Odur ki, erkən müayinələr sizi ciddi xəstəliklərdən qoruyacaq.
-Fəsil dəyişkənliyi ilə əlaqədar insanlar kardioloji olaraq əsas nəyə diqqət etməlidirlər?
- Fəsil dəyişkənliyi ilə əlaqədar, əsasən, profilaktikanı gücləndirməlidirlər və mütləq müayinədən keçmək məsləhətdir. Belə ki, risk faktorlarından uzaq olmalıdırlar.
İlk növbədə ürək çatışmazlığına və qəfləti ölümlərə gətirib çıxaran ən böyük risk faktoru anadangəlmə ürək qüsurları götürülür. Sonra qidalanma, siqaret və alkaqol, oturaq həyat tərzi, hipertoniya, anemiya və s.
-Bu gün bir çox insanlar hipertoniyadan əziyyət çəkirlər. Bunun səbəbi nədir və hansı profilaktik tədbirlər görülməlidir?
-Hipertoniya inkişaf etmiş ölkələrdə ölümün səbəbləri arasında səkkizinci yerdə durur. Yüksək təzyiqin 95 faizi hipertenziyanın, qalan 5 faizini simptomatik hipertenziya (orqanların xəstəliklərindən yaranan, məsələn, ürəyin işemik xəstəlikləri, böyrək, hormon pozulması, endokrin xəstəliklər və s.)
Arterial təzyiq 140/90 mm.civ.süt. artıq hipertoniya sayılır. Təzyiq ara-sıra qalxırsa, bunu pəhrizlə bərpa etmək olar.
-Ürək xəstəliklərində qidaların nə kimi rolu var?
- Qidaların və normal qidalanmanın böyük rolu var. Demək olar ki, bu, risk faktorlarından biridir. Belə ki, duz rasionundan çox az istifadə etmək lazımdır və buxarda bişirilmiş yeməklər qəbul olunmalıdır. Yaz aylarında qırmızı ət, yağlı yemək məsləhət deyil. Daha çox meyvə-tərəvəz, badam, qoz, göyərti və s. ilə qidalanmaq lazımdır ki, immuniteti bərpa etsin.
Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info