Türkel Kərimlinin yeni macəraları...
Tarix: 08.03.2018 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


AXCP rəhbəri Əli Kərimlinin oğlu Türkel Kərimlini xaricdə oxutdurmaqla yanaşı, orada övladı üçün dəbdəbəli həyatla təmin etməsi haqqında dəfələrlə yazmışdıq. Oğlunu özünün davamçısı kimi yetişdirməyə çalışan AXCP rəhbəri, əslində, Türkel Kərimlinin xaricdə fərqli istiqamətdə formalaşmasının fərqindədir.
Xatırladaq ki, bir müddət öncə ABŞ Konqresinin Tom Lantos adına İnsan Haqları Komissiyasının Azərbaycanla bağlı dinləmələrində Azərbaycanı "təmsil" edən Türkel Kərimlinin, sən demə, bu ölkədə yalnız "siyasətlə" məşğul olmadığı üzə çıxmışdı. O özünün dəbdəbəli həyatı, “xanımlar”, içki məclisləri, bar keyfindən qalmırdı, bununla bağlı fotolar da yayıldı. Bu günlərdə isə
“Virtualaz.org” saytının redaksiyasınaTürkel Kərimlinin yeni, daha biabırçı fotoları göndərilib. Fotolarda iki kişinin qeyri-adi davranışı aydın sezilir. Şəkillərin açıq-saçıq olması səbəbindən sayt onların hamısını dərc etməyib. Maraqlıdır, bu açıq-saçıq qalereya, yenidən içki və anormal məclislərlə gündəmə gələn Türkel Kərimli atasının xalqa əxlaq dərsi keçməsindən xəbərdardırmı?
Sayt yazır ki, şəkili göndərən də kifayət qədər ciddi mənbə olub:
“Etiraf etmək lazımdır ki, redaksiyamızın poçtuna göndərilmiş və ikrah doğuran bu fotokolleksiya bizi heç olmamış kimi hiddətləndirdi. Əvvəlcə düşündük ki, hansısa anonim-xuliqan yaramazlıq edərək bu fotoları göndərib. Lakin illüstrasiyaların altında imza dayanırdı: Göndərən: London, Karnabistreet. Viktor Filimonov”. Redaksiyaya fotolarla bağlı zəng də gəlib.
- Salam! Mən Londondanam. Aldınız? Bizim fotoları aldınız?!
- Özünüzü təqdim edin, zəhmət olmasa! - nəzakətlə, amma kifayət qədər soyuq tərzdə cavab verdim.
- Necə yəni?! Siz məni yaddan çıxarmısınız?! - zəng edən incik səslə deyir. - Yada salın, ötən il sizdə “Bu gün biz səninlə kefdəyik!” başlıqlı məqalə dərc edilmişdi. Siz hələ orada ehtiyatla mənim də adımı çəkmişdiniz - İngiltərənin ən bahalı universitetlərindən birinin tələbəsi və piterli oliqarx Viktor Filimonovun oğlu. Mən buna görə sizdən incimişdim, çünki barəmdə “donosçu” imici yaranırdı...
- Həə, xatırladım! Amma bu nə əxlaqsız şəkillərdir bizə göndərmisiniz? - mən kifayət qədər kəskin tonda onu qınayıram.
- Necə?! - Filimonov özünü itirmiş halda sual edir. - Siz həmin fotolarda yer alanların heç birini tanımadınız?!. Axı orada Azərbaycan inqilabi-demokratiyasının atasının, Rusiyanın Navalnısı tipində birinin oğlu Türkel Kərimlidir...
Aman Allah! Bu heç bizim ağlımıza da gəlməzdi. Bu ki, doğrudan da Türkeldir! Xalq cəbhəsinin əvəzedilməz və elə o qədər də içiboş lideri Əli Kərimlinin oğlu. Həmin Kərimlinin ki, Bakı küçələrinin tinlərində milli səfalət və öz xalqının hüquqlarının tapdalanması barədə teatr şouları təşkil edir...
Yuxarıda da qeyd etdiyimiz kimi, hələ 2016-cı ilin sentyabrında ABŞ Konqresinin Tom Lantos adına İnsan Haqları Komissiyasındakı dinləmələrdə azərbaycanlı Kərimli “DQR”-in separatçı rejiminin təmsilçisi Bako Saakyanla eyni cəbhədən çıxış edirdi. Tarix bu aşağılayıcı qalmaqalı da xatırlayır. Ata Kərimli o vaxt bu anlaşılmazlığı təsadüflə izah etməyə çalışmışdı, guya oğul Kərimli bilmirmiş ki, dinləmələrə separatçı da qatılacaq.
Filimonov amerikalının bir sözünü də unutmayıb ki, Kərimli Bakıdakı neft sənayeçilərindən birinin deyil, Azərbaycanın “məşhur siyasi xadiminin” oğludur və guya ki, insanlar həmin o siyasi xadimi ilahiləşdiriblər, siyasi hakimiyyət isə ondan qorxur.
Sirr deyil ki, Əli Kərimli oğlunu xaricdən aldığı qrantlar hesabına İngiltərənin elit və çox bahalı universitetinə yollayıb və elə yəqin onlar vasitəsilə də indi “Dumanlı Albion”da öz həmvətənlərinə və həmfikirlərinə eynicinsli nikahlara loyallıq ideyasını aşılayır.
Ümumiyyətlə isə yeni fotolar, insanları meydanlara səsləyən və gecə-gündüz ədəb-ərkandan, mental dəyərlərdən danışaraq, guya ölkədə mənəvi aşınmanın olmasını iddia edən bir siyasətçinin öz ailəsində normal övlad böyüdüb, cəmiyyətə təqdim edə bilmədiyini bir daha göstərdi. İstənilən halda xaricdə yaşayan və təhsil alan birinin belə anormal münasibətlərdə, içki məclislərində olması və buradan fotolar çəkdirməsi daim cəmiyyətimizdə qınanılıb. İndiki halda isə bunu partiya rəhbərinin oğlu edirsə, bu ikiqat qınaq obyektinə çevrilir. Halbuki siyasətçi özü, ailəsi, övladı cəmiyyətə örnək olmalıdır. Kərimli isə övladını Qərb mədəniyyəti, mentaliteti üzərindən tərbiyə edib cəmiyyətimizə sırımağa çalışır. Bax, bu, doğrudan da Əli Kərimlinin əsl faciəsidir!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
19.03.2019
Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info