Ermənistanın İrana da qarşı ərazi iddiaları var
Tarix: 08.03.2018 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməsi artıq əndazəsini aşıb. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və İrana qarşı da ərazi iddiaları irəli sürmüşdü. Dünyada siyasi mənzərə dəyişdikcə Ermənistan da öz məkrli siyasətində dəyişiklik edir. Qonşularına qarşı irəli sürülən ərazi iddiaları bəzən qabardılır, bəzən isə arxa plana keçirilir. Martın əvvəllərində İranın Neft Nazirliyi ilə Ermənistanın Energetika Nazirliyi arasında sənəd imzalandı. Sənədə əsasən İran Gürcüstana satacağı qazı Ermənistan üzərindən nəql etməlidir. Sənədin imzalanmasından bir az vaxt keçən kimi Ermənistan mətbuatı Urmiya gölünün qurumasının “qayğısına” qalaraq yazdı ki, bu göl Yaxın və Orta Şərqin duzlu suya malik olan ən böyük gölüdür. Sonra qeyd edildi ki, “Urmiya gölü Ermənistanın İran əyalətində yerləşir” (http://ru.1in.am/1160524.html).
Erməni mətbuatı yazır ki, qədim zamanlarda İranın bu əraziləri “böyük Ermənistana” məxsus idi. Ermənilərin hazırladıqları qondarma xəritədən də görünür ki, digər qonşu dövlətlər ilə yanaşı, İranın ərazisinin yarıdan çoxu, Urmiya gölü və ətraf ərazilər də daxil olmaqla Ermənistana aid edilir. Qədim tarixdə İranın böyük ərazilərdə imperiya qurması məlumdur. Lakin “böyük Ermənistan”ın mövcudluğu tarixçilərə məlum deyil. Erməni mətbuatı açıq şəkildə rəsmi Yerevanın İrana qarşı ərazi iddiası olması faktını ortaya qoyur. Lakin Ermənistan bu iddianı özbaşına irəli sürmür. Regionda böyük qüvvələrin sifarişini yerinə yetirərək müstəqil xarici siyasət apara bilməyən Ermənistan bilir ki, İran sərhədləri tam bağlasa ölkədə aclıq başlayacaq. İranın gücü qarşısında Ermənistanın acizliyini isə sübut etməyə ehtiyac yoxdur. Lakin Ermənistanın düşdüyü iqtisadi məngənə onu ehtiyatlı davranmağa məcbur edir. İmkan yaranan kimi erməni siyasətçilər İrana qarşı ərazi iddialarını açıq şəkildə irəli sürəcək və kömək üçün arxalandıqlarına, daha doğrusu, onları buna sövq edənlərə müraciət edəcəklər. Bəzi siyasi dairələr regionda Ermənistanı ona görə qoruyur ki, lazım gələndə onun vasitəsilə digər dövlətlərə təsir göstərib siyasətlərində dəyişikliyə nail ola bilsinlər. Ermənistan mətbuatında İrana qarşı ərazi iddialarının irəli sürülməsi haqqında indiyədək çoxlu material dərc olunub.




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1700 nəfəri ötüb
09.12.2018
İngiltərədə 130-a yaxın ictimai kitabxana bağlanıb
09.12.2018
Brüsseldə polis `sarı jiletlər`in aksiyasını dayandırmağa çalışır
08.12.2018
Fransada etiraz aksiyalarında 31 min nəfər iştirak edir
08.12.2018
ABŞ Macarıstana təzyiq edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info