İsmayıllı və İsrailin Kiryat Bialik şəhərləri qardaşlaşıb
Tarix: 08.03.2018 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


İsmayıllı və İsrailin Kiryat Bialik şəhərləri arasında “Qardaş şəhərlərin əməkdaşlığı” haqqında saziş imzalanıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən imzalanma mərasimində İsrailin Azərbaycandakı səfiri Dan Stav da iştirak edib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllı rayonu, onun tarixi, milli tərkibi, müstəqillik illərindəki sürətli inkişafı, sosial-iqtisadi sahələrdə qazandığı uğurlar barədə ətraflı məlumat verib. Səfir Dan Stav İsraillə Azərbaycanın strateji əməkdaşlığından danışıb, iki şəhər arasında qardaşlaşmanın qarşılıqlı əlaqələrin daha da yaxşılaşmasında əhəmiyyətini vurğulayıb. Kiryat Bialik şəhərinin meri, nümayəndə heyətinin rəhbəri Eli Dukorski qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qeyd edib ki, şəhərlər arasında əməkdaşlıq sazişi insanların daha sıx qarşılıqlı əlaqələrinin qurulması, ünsiyyətin yaranması baxımından çox faydalı olacaq. Sonra İsmayıllı və Kiryat Bialik şəhərləri arasında “Qardaş şəhərlərin əməkdaşlığı” haqqında saziş imzalanıb. Sazişi rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Kiryat Bialik şəhərinin meri Eli Dukorski imzalayıblar. Qeyd edək ki, israilli qonaqlar səfər çərçivəsində İsmayıllı şəhərində, Lahıc qəsəbəsində, İvanovka və vaxtilə yəhudilərin yaşadıqları Mücühəftaran kəndində olub, şəhərdəki tarix-diyarşünaslıq muzeyinə, Yapon bağına, özəl xalça emalatxanasına, velosiped istehsalı zavoduna gediblər.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info