AZAL-ın yeni Hava Mərkəzinin təqdimatı keçirilib
Tarix: 08.03.2018 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bir sıra mühüm sahələrdə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında saziş imzalayıb. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, sazişi AZANS-ın direktoru Fərxan Quliyev və IATA-nın vitse-prezidenti Rafael Şvartsman Madriddə Hava hərəkətinin təşkili üzrə illik Ümumdünya konqresi çərçivəsində imzalayıblar. Saziş hava hərəkətinin təşkili, hava hərəkətinin idarə edilməsi, aeronaviqasiya heyətinin təlimi, PANS/OPS uçuş prosedurlarının işlənib hazırlanması və xidmətlərin akkreditasiyası sahəsində əməkdaşlığı nəzərdə tutur. AZANS və IATA arasında əməkdaşlıq regionda hava hərəkəti xidmətinin təhlükəsiz və səmərəli təmin olunmasına kömək edəcək. AZANS Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyev, həmçinin Sinqapurun Təhlükəsizlik və Aeronaviqasiya Təminatı üzrə Təşkilatının (CAAS) baş direktoru Kevin Şum ilə görüşüb. Görüş zamanı tərəflər tranzit uçuşların planlaşdırılması və hava hərəkətinin təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Həmçinin Hava hərəkətinin təşkili üzrə illik Ümumdünya konqresi çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda “Thales” şirkəti ilə birgə açılmış AZAL-ın yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) təqdimatı keçirilib.
Tədbir çərçivəsində, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda AZANS Hava Hərəkəti İdarəsi ilə “Virtual Hava Hərəkəti İdarəsi qülləsi”nin tətbiqi üzrə yeni yüksək texnoloji layihənin işə salındığı elan olunub. Müvafiq müqaviləni “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov və “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi fevralın 8-də Bakıda imzalayıb. Layihə Fransanın “Thales” və Kanadanın aviasiya sahəsində innovasiyaların tətbiqi işində ixtisaslaşan və rəqəmsal Hava Hərəkəti İdarəsi qüllələrinin hazırlanması sahəsində “pioner” olan “Searide” şirkəti ilə konsorsiumda həyata keçiriləcək. “Virtual qüllə” aerodrom ərazisində hava hərəkətinin idarəedilməsini həyata keçirməyə və süni intellekt və rəqəmsal sistemlər tətbiq edərək məsafədən uçuş-informasiya xidməti göstərməyə imkan verəcək. Bu zaman Hava Hərəkəti İdarəsinin dispetçerləri tərəfindən idarə olunan real qüllənin səviyyəsinə ekvivalent olan istismar təhlükəsizliyinin tələb olunan səviyyəsinə tamamilə əməl olunur ki, bu da biznesi artan tələblər və sürətlə dəyişən xidmətlər bazarına vaxtında uyğunlaşdırmağa imkan verəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
“Azeri Light” neftinin bir barreli 48,73 dollara satılır
27.11.2020
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
27.11.2020
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır
27.11.2020
“Azərmaş”: İşgüzar nüfuzumuza vurulmuş zərərin aradan qaldırılması məqsədilə hüquq müstəvisində prosedur başlanılıb
27.11.2020
Azərbaycan nefti neçəyə satılır?

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info