Ağstafada üzümçülüklə məşğul olan fermerlər yaza hazırlaşırlar
Tarix: 08.03.2018 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Ağstafada üzümçülüklə məşğul olan fermerlər yaza hazırlaşırlar. Hazırda üzüm bağlarında quru budama işləri aparılır. Üzümçülük kənd təsərrüfatının gəlirli sahələrindən biri olduğu üçün fermerlərin bu sahəyə marağı ilbəil artmaqdadır.
Fermer Asif Allahverdiyev AZƏRTAC–ın bölgə müxbiri ilə söhbətində bildirib ki, havaların əlverişli keçməsi üzüm bağlarında mövsümi işləri görməyə şərait yaradır. Hazırda plantasiyalarda quru budama işləri aparılır. Tənəklərin yararsız hissələri kəsilib atılır, dirəklərin yenilənir və təmir işləri görülür.
Fermerlər ötən il sahələrdən bol məhsul topladıqlarına görə üzüm bağlarının sahələrini genişləndirməyi də planlaşdırırlar.
Üzümçülük briqadiri Elman İbrahimov qeyd edib ki, üzüm becərən fermerlər məhsullarını həm yayda məhsul vaxtı, həm də anbarlarda saxlayıb qış aylarında satışa çıxarmaqla xeyli qazanc əldə edə bilirlər. Bunun üçün rayon ərazisində kifayət qədər soyuducu anbar da fəaliyyət göstərir. Üzüm sahələrinin çoxalması həm də şərabçılığın inkişafına səbəb olur.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Azərbaycan beynəlxalq təşkilatların donoru qismində 7 mln. dollar ayıracaq
05.12.2019
Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq
05.12.2019
DGK nümayəndə heyəti ÜGT Siyasi Komissiyasının iclasında iştirak edib
05.12.2019
“Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi” mövzusunda təlim keçirilib
05.12.2019
Gənc Sahibkarlar Forumu keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info