Nümunəvi xanım sürücülər mükafatlandırılıblar 
Tarix: 09.03.2018 | Saat: 14:58:00 | E-mail | Çapa göndər


Hər il olduğu kimi bu ildə Bakı Şəhər Dövlət Yol Polisi xanım sürücüləri, eləcə də yol hərəkəti iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Keçirilən reyddə yol polisi əməkdaşları yol hərəkəti qaydalarını pozan, sənədlərində problem olan, avtomobili çirkli halda idarə edən qadın sürücülərə cərimə əvəzinə gül dəstəsi və qiymətli hədiyyələr veriblər. Aksiya şəhərin mərkəzi küçə və prospektlərində həyata keçirilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə müsahibəsində bildirib ki, yol polisi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə gün ərzində Bakıda “Nümunəvi qadın sürücü” devizi altında keçirilən ənənəvi aksiya çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmayan xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edir: “Hər bir nümunəvi xanm sürücüyə tərəfimizdən 8 hədiyyəsi təqdim olunur. Onlara gül buketləri, restoranda 2 nəfərlik pulsuz şam etmək, pulsuz yanacaq doldurmaq üçün kuponlar, pulsuz sığorta, qida və kosmetika məhsulları, qablar və güllərlə mükafatlandırılırlar”.
DYP polkovniki bütün Azərbaycan xanımlarını təbrik edib: "Qızlarımıza gəlin, gəlinlərimizə ana, analarımıza nənə, nənələrimizə isə uzun ömürlü olmağı arzu edirik. Xanım sürücülərə təhlükəsiz yol arzulayaraq qaydalara əməl etməyi tövsiyə edirik".
Vaqif Əsədov əlavə edib ki, xanım sürücülərlə yanaşı paytaxt Bakıya gələn əcnəbi turistlər, o cümlədən Bakının təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınları da yol polisləri tərəfindən hədiyyələrlə, gül buketləri ilə təltif olunublar
Aksiya çərçivəsində xanım sürücülər DYP əməkdaşlarının bu nəcib davranışını yüksək qiymətləndirərək qayda pozmayacaqlarına söz veriblər.
Qeyd edək ki,bayram aksiyası günün sonuna kimi davam edəcək. Aksiyada "Ağ Çiçəyim", "Gül Dünyası", "Lilak" "Roses Ara Red" "Azersun Holdinq" (Bizim Tarla, Bizim Süfrə, Super Sun) "Likon Bakcell" ,"SOCAR Petrolium" "Bravo" ,"Atasığorta", "Şahdağ", "İdeal", "Bahar Store" "İstək" "Kaif" "Monza" "Gomas Avto" , "Şturtqart", "Avtosfer.az" saytında gül dəstələri "Güven Rentecar" "Behrud" "Riveria", "Nişantaşı" və "Everest" restoranlarına şam yeməyi kimi qiymtəli hədiyyələr xanımlara təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb
05.12.2019
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə görüləcək işlər müzakirə olunub
05.12.2019
Əlilliyi olan şəxslərə əlil arabaları verilib
05.12.2019
Əmlak sığortasının faydaları...
05.12.2019
Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info