Rusiyalı siyasi analitik:“Rəsmi Bakı heç vaxt hər hansı böyük dövlətin təsiri altına düşmür”
Tarix: 09.03.2018 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Dünyanın müxtəlif ölkələrində baş verən hadisələrə nəzər salsaq, görərik ki, əksər ölkələrədə məhz seçkiqabağı dövr qalmaqallarla, gizli intriqalarla müşaiyət olunur. Kənar qüvvələrin təsiri özünü açıq şəkildə göstərir. Azərbaycanda isə seçkiöncəsi ictimai-siyasi sabitlik mövcuddur. Bu sözləri sechki-2018.az saytına Rusiya İnnovasiya İnkişaf İnstitutunun Strateji Analiz Mərkəzinin direktoru Andrey İvanov Azərbaycanda seçkiöncəsi vəziyyətlə bağlı fikirlərini bölüşərkən deyib.
O bildirib ki, bəzi kənar qüvvələrin qısqanclıqlarına baxmayaraq, Azərbaycan müstəqil siyasət nümunəsi sərgiləyir.
“Rəsmi Bakı heç vaxt hər hansı böyük dövlətin təsiri altına düşmür, kimlərinsə ona diktə etməsinə imkan vermir. Azərbaycan bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq etmək niyyətində olduğunu dəfələrlə nümayiş etdirib. Bu, eyni zamanda, ölkəni beynəlxalq layihələr üçün perspektivli tərəfdaşa çevirir. İndiki vəziyyətdə müstəqil xarici siyasət, iqtisadi inkişaf daxili siyasi sabitliyin təminatıdır. Bu mənada Azərbaycan seçkilərlə bağlı da kənardan mümkün təsirlərin qarşısını almaq gücündədir", - deyə rusiyalı analitik bildirib.




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər
08.12.2018
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
07.12.2018
Müxalifətin birlik problemi
07.12.2018
Aleksandr Vuçiç: “Serbiya Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir”
07.12.2018
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info