AMEA əməkdaşları üçün yaşayış kompleksi tikilir
Tarix: 09.03.2018 | Saat: 12:53:00 | E-mail | Çapa göndər


Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə (Science City) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün tikiləcək yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.


Mərasimdə AMEA prezidenti, akademik Akif Əlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və başqa şəxslər iştirak ediblər.


A. Əlizadə bildirib ki, yaşayış kompleksi alimlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə akademiyaya məxsus torpaq sahəsində inşa ediləcək. O, akademiya əməkdaşlarının sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində saxlanıldığını deyib. 

Mərasimdə layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, 7 hektar sahədə ilkin olaraq 2, ümumilikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur. 1,2,3 otaqlı mənzillərin müasir dizaynda tikilməsi planlaşdırılır.


Yaşayış kompleksində məktəb, uşaq bağçası, ictimai iaşə və sosial obyektlər də olacaq. Mənzillərin sayı 1928 ədəddir. Yaşayış kompleksinin 2 il müddətində təhvil verilməsi nəzərdə tutulub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Fərhad Abdullayev: “Azərbaycanda hüquqi dövlətin inkişafı müstəqil siyasətimizlə bağlıdır”
20.06.2018
Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
20.06.2018
Mübariz İbrahimov yad edildi
20.06.2018
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib
20.06.2018
“Xeyirxah” Hacı Nuranı təltif etdi

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9429

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info