“Bakcell”dən “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinə dəstək!
Tarix: 09.03.2018 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell”, istedadlı qadınların əl işlərindən ibarət “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinin təşkilinə dəstək göstərib.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı, “Pullman Bakı” mehmanxanasının baş sponsorluğu və “Bakcell” şirkətinin sponsorluğu ilə “8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə istedadlı qadınların əl işlərindən ibarət “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisi təşkil edilib. Tədbirin əsas məqsədi Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək olmaq, qadın əl işlərini tanıtmaq və təşviq etməkdən ibarət idi. Sərgidə 70-dən çox qadın sahibkarın müxtəlif əl işləri - suvenirlər, zərgərlik əşyaları, rəsm əsərləri, toxuculuq nümunələri, oyuncaqlar, məişət əşyaları və s.  satışı da həyata keçirilib.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzv şirkətlərin və onun əməkdaşlıq etdiyi qurumların; Fransanın Azərbaycandakı Səfirliyinin və digər səfirliklərin nümayəndələri və “Bakcell” şirkətinin əməkdaşları  sərgidə iştirak edib, nümayiş olunan əl işləri ilə yaxından tanış olublar.
“Bakcell” şirkəti tədbirin sponsoru olaraq qadın sahibkarlara xüsusi diqqət ayırmaqla ölkədə qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına öz dəstəyini əsirgəmir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
07.12.2018
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
06.12.2018
45 nəfər əlilliyi olan şəxs Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb
06.12.2018
278 şəxs güzəştli mənzilə sahib olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info