BP şirkəti ilə BANM “Mühəndislər üçün biznes təhsili” proqramına başladılar
Tarix: 09.03.2018 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) BP Azərbaycanın iştirakı və maliyyə dəstəyi ilə, yerli mühəndislərin inkişafına töhfə olaraq, “Mühəndislər üçün biznes təhsili” kursuna start verildi. Bu proqram Bakı Ali Neft Məktəbinin (BANM) 5-ci kurs tələbələri üçün nəzərdə tutulur. BANM-dakı təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştəliklərə yiyələnmiş tələbələrə yeni proqram çərçivəsində həm də menecment və biznes sahəsində geniş bilgilər veriləcək. Bununla da gələcək məzunların müasir biznes mühitinə daha effektli inteqrə olunması üçün şərait yaradılacaq.
Yeni kursun əsas hədəfləri mürəkkəb biznes problemlərinin qiymətləndirilməsi və həllinə dair bilikləri aşılamaq, müasir idarəetmə və qərarların verilməsi üzrə metodiki yanaşmanı formalaşdırmaqdır. Beləliklə kursun tədris planı səkkiz əsas moduldan ibarət olacaq: təqdimat və ünsiyyət bacarıqları; layihələrin idarə edilməsi; vaxtın idarə edilməsi və səmərəliliyi; liderlik; risklərin idarə olunması; maliyyənin əsasları, büdcə və xərclərə nəzarət; insan resurslarının idarə edilməsinin əsasları və danışıqların aparılması bacarıqları.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib: “Bu gün BP şirkəti ilə tərəfdaşlığımız yeni mərhələyə daxil olur. Əminəm ki, Bakı Ali Neft Məktəbində həyata keçirilən bu layihə gənclərimiz üçün faydalı olacaq, onları daha da böyük uğurlara doğru aparacaq. Bakı Ali Neft Məktəbi SOCAR-ın ən uğurlu sosial layihələrindən biridir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılan bu ali təhsil ocağı artıq texniki təhsilin avanqardına çevrilib, ölkə daxilində yeni standartın əsasını qoyub. Bu da ölkədəki digər təhsil müəssisələri üçün əlavə stimuldur və ölkə başçısı İlham Əliyevin müəyyən etdiyi “neft kapitalının insan kapitalına çevrilməsi” istiqamətində təkanverici rol oynayır.”
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, Azərbaycanda öz sosial sərmayələri üçün təhsil sahəsini əsas istiqamət seçmiş bir şirkət kimi, BP üçün bu çox əhəmiyyətli bir layihədir: “Bu layihə vasitəsilə biz universitet mərhələsində zəruri menecment və biznes bacarıqlarının yaradılmasına töhfə vermək istəyirik. Əksər məzunlar müasir təşkilatlarda öz biznes karyerasına başladıqları zaman bu bacarıqları əldə etməkdə çətinlik çəkirlər. Biz öz təcrübəmizdən də görürük ki, bir çox hallarda bu, universitet məzunları, o cümlədən mühəndislər üçün asan olmur. İnanırıq ki, bu proqram ali məktəbin axırıncı kursunda olan tələbələrə biznesin idarə olunması vasitələri və üsulları haqqında bilgilər verməklə onların universitet təhsilindən biznes karyerasına rahat keçməsinə yardım edəcək. Bu, həmçinin bizim üçün də gözəl bir imkandır ki, SOCAR və BANM ilə sıx əməkdaşlıq edərək ölkəyə yüksək keyfiyyətli yerli mühəndislərin yetişdirilməsində yardım edək.”
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbi SOCAR-ın strukturunda yaradılanda qarşımızda qoyulan məqsəd müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması olub: “SOCAR tərəfindən müasir tədris ləvazimatı ilə təchiz olunmuş və beynəlxalq tədris proqramını tətbiq edən BANM qısa müddətdə gənclərin texniki fənlərə olan marağını artırmağa nail olub. Bu gün bizdə ölkəmizin ən parlaq zehinli gəncləri təhsil alır. Ötən il minimal qəbul balı 662 olmuşdur. Bu ildə isə biz ilk məzunlarımızı yola saldıq. Onlar hamısı aparıcı şirkətlərdə işlə təmin olunub. SOCAR tərəfindən əsası qoyulmuş bu uğur hekayəsinə başqa şirkətlər də qoşula bilər. Bu gün biz uğur hekayəmizin yeni səhifəsini tərəfdaş BP şirkəti ilə birgə yazırıq. Yeni proqramın sayəsində gənc mühəndislər müasir biznes mühitinə daha effektli inteqrasiya edəcək, daha da yüksək müvəffəqiyyətlər əldə edə biləcəklər.”
Qeyd edək ki, layihənin müddəti 11 aydır (fevral – dekabr 2018) və ümumi dəyəri 180000 dollar təşkil edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info