«Aykakan jamanak»: Gürcüstanla münasibətlərin pisləşməsi Ermənistanı tam blokada ilə təhdid edir»
Tarix: 09.03.2018 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


«Xəbər verildiyi kimi, bir neçə gündən sonra- martın 14-15-də Bakıda İran, Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Hələlik nazirlərin görüşündə müzakirəyə çıxarılacaq məsələlərlə bağlı dəqiq bir təfərrüatlar olmasa da, bununla belə, yığıncağın gerçəkləşəcəyi kifayət qədər maraqlıdır». Bu fikirlər Ermənitstanın «1in.am» saytında yer alıb. Sayt daha sonra yazır: «Ermənistan, aydın başa düşülən səbəblər ucbatından, bütün bunlardan uzaqdır. Çünki İrəvanın bu cür formatlara qoşulması, Qarabağ probleminin həlli şərtlərilə bağlı, Türkiyə və Azərbaycanın təşəbbüsü ilə bloklanıb». Maraqlıdır ki, erməni utanmazlığı burada da özünü göstərir. Belə ki, düşdükləri vəziyyəti qəbuledilməz kimi «dəyərləndirən» sayt, Türkiyə və Azərbaycan arasındakı iqtisadi, siyasi və diplomatik əlaqələrin pozulmasına cəhdin qeyri-mümkünlüyünü də etiraf etmək məcburiyyətində qalıb. Sayt , eyni zamanda Ermənistanın iştirakı olmadan yaradılan bu formatların İrəvan tərəfindən diqqətli və ətraflı nəzərdən keçirilməsini «tövsiyə» edir: «Əslində, problem başqa bir səbəbə bağlıdır - Ermənistanın təcrid və məhkum olunmasındadır. Başqa bir məsələ isə ondan ibarətdir ki, Ermənistan öz formatlarını təşviq etmək və inkişaf etdirmək üçün səy göstərməlidir».
Erməni diplomatiyasının regional və geosiyasi əhəmiyyətə malik təşəbbüslərinin nə olduğunu bilməyin vacibliyini önə çəkən məqalə müəllifi «böyük ümidlə» görün nə yazır: «Hər halda, boş yer var və yaxşı olardı ki, bu vacib yer başqa biriləri tərəfindən deyil, məhz Ermənistan tərəfindən doldurulsun».
Belə görünür ki, Ermənistan heç vəhclə öz xofunu gizlədə bilmir. Boyundan yüksəyə tullanmaq cəhdi cırtdan dövləti daha sərt fəsadlarla üz-üzə qoya bilər. Artıq onların nə İran, nə də Gürcüstan tərəfindən də belləri bağlı deyil. Bunu «Aykakan jamanak» nəşrində yer alan bu yazı da təsdiq edir.
Gürcüstanın Baş nazirinin Ermənistana səfəri və Ermənistan-Gürcüstan münasibətlərinə toxunan erməni nəşri ikitərəfli münasibətlərdə ənənəvi müsbət tendensiya və isti münasibətlərin davam etdiyini bildirir: «İlk növbədə qeyd etmək lazımdır ki, həm Ermənistan, həm də Gürcüstan sentimental səbəblərlə müşahidə edilən isti münasibətləri saxlamağa məcburdurlar. Belə ki, bu iki dövlət arasındakı münasibətlərin pisləşməsi Ermənistanı tamamilə təcrid təhlükəsi ilə təhdid edirsə, Gürcüstanın narahatlığı isə Cavaxeti bölgəsində yeni separatizmin baş qaldırması ilə bağlıdır».
Nəşrə görə, regional inteqrasiya siyasəti baxımından, erməni-gürcü münasibətləri bu gün çox vacibdir: «Ermənistan iki strukturla - Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi ilə paralel əməkdaşlıq edir. Adətən, ikitərəfli isti münasibətlərin qurulması və iki şərti düşərgədə olan və ya onların istiqamətində hərəkət edən ölkələr üçün ən azı qonşuları ilə sıx əməkdaşlıq etmək çox vacibdir. Bu mənada Gürcüstan Ermənistan üçün ən rahat və etibarlı namizədlərdən biridir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Baqrat Asatryan: “Bu gün Ermənistanda tərəqqi müşahidə edilmir“
21.06.2018
Nana Muradyan: ” Oğlumu yanacağın necə oğurlanaraq satıldığını gördüyünə görə öldürdülər”
21.06.2018
Konstantin Masik: “Heydər Əliyev Ukrayna xalqının genefondunun xilaskarlarındandır”
20.06.2018
Ermənistanda çoxlarını Manvel Qriqoryanın aqibəti gözləyir
17.06.2018
Putin Paşinyanı alçaldıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9440

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info