Bilik Fondu texniki peşə məktəblərində maarifləndirmə tədbirlərinə xüsusi diqqət yetirir
Tarix: 09.03.2018 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində keçirilən tədbir 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinə həsr olunub
Prezident yanında Bilik Fondu və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Bilik Fondunun Mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, Mərkəzin direktoru Qalib Həsənov təlim-tədris müəssisəsinin əldə etdiyi uğurlardan danışaraq, kollektivdə gənclərin hərtərəfli inkişafına mühüm diqqət yetirildiyini bildirib, bu istiqamətdə Fond ilə Agentliyin əməkdaşlığının davamlı və əhəmiyyətli olduğunu qeyd edib. Bilik Fondunun lektoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Elmira Cəfərova “1918-ci ildə ermənilərin Bakı və Şamaxıda tarixi abidə, dini ibadətgahlara qarşı törətdikləri vandalizm aktlarının araşdırılması və onların bərpası istiqamətində AXC Hökumətinin fəaliyyəti” mövzusunda mühazirə ilə çıxış edib. Cəmi 23 ay ömür sürmüş Cümhuriyyətimizin mədəniyyət sahəsində önəmli qərarlar qəbul etdiyini, erməni daşnaklarının 1918-ci ildə Bakıda planlı şəkildə talan, qarət edib dağıtdığı tarixi, dini abidələrin əvvəlki görkəminin bərpa olunduğunu faktlarla diqqətə çatdırıb. Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin, İsmailiyyə Sarayının ilk növbədə bərpa edildiyi, memarlıq və heykəltəraşlıq sənətini inkişaf etdirmək üçün Bakı Politexnik Məktəbinin nəzdində heykəltəraşlıq sinfinin açıldığı, o dövrdə şəhərin baş memarı vəzifəsində çalışan görkəmli memar Zivər bəy Əhmədbəyovun layihələri əsasında erməni millətçilərinin basqını nəticəsində xarabalığa çevrilmiş Şamaxı şəhərinin yenidən tikilib bərpa edildiyi, hökumət və cəmiyyətin diqqətini bu məsələlərə yönəltmək üçün "Yeni Şirvan cəmiyyəti”, "İslam incəsənətini sevənlər və qoruyanlar cəmiyyəti"nin yaradıldığı, Şirvanşahlar Sarayı kompleksinin tədqiqinə başlandığı və onlarla digər belə tədbirlərin həyata keçirildiyi qeyd edilib. Cümhuriyyət ideyalarının bu gün müstəqil Azərbaycanda uğurla davam etdirildiyi çoxsaylı faktlarla vurğulanıb. Tədbirdə Mərkəzin dinləyicilərinin hazırladığı “Cümhuriyyətimiz – qürurumuzdur” sənədli filmi nümayiş etdirilib. Tarixçi alim dinləyicilərin çoxsaylı suallarını cavablandırıb, çıxışlarda bu cür görüşlərin əhəmiyyəti vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Fərhad Abdullayev: “Azərbaycanda hüquqi dövlətin inkişafı müstəqil siyasətimizlə bağlıdır”
20.06.2018
Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
20.06.2018
Mübariz İbrahimov yad edildi
20.06.2018
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib
20.06.2018
“Xeyirxah” Hacı Nuranı təltif etdi

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9429

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info