Samuxdan olan türkiyəli siyasətçi Şuay Alpay kimdir?
Tarix: 09.03.2018 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Türkiyənin Milli Müdafiə Nazirinin müavini, əslən azərbaycanlı olan Şuay Alpaya aid məqalə yaradılıb. 1960-cı ildə Türkiyənin Elazığ şəhərində dünyaya göz açan Şuay Alpay İstanbul Universitetinin Hüquq fakültəsinin məzunudur. O, 1986-1991-ci illərdə hakim, 1991-ci ildən isə vəkil kimi fəaliyyət göstərib. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında (AKP) rəhbər vəzifələrdə işləmiş Ş.Alpay 2011-2015-ci illərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) XXIV və XXV çağırışında AKP-dən Elazığ millət vəkili seçilib. TBMM-də o, Türkiyə-Azərbaycan Dostluq Qrupu sədrinin müşaviri və s. vəzifələrdə çalışıb. 2015-ci ilin dekabr ayından etibarən isə Ş.Alpay Türkiyə Milli Müdafiə Nazirinin müavini vəzifəsini icra etməkdədir.
Məlumat üçün bildirək ki, Şuay Alpayın ana tərəfi Azərbaycanın Gəncəbasar bölgəsinin Samux rayonundandır. Müsahibələrinin birində o, ana babası Məhəmməd Qasım bəyin 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə apardığını, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvlərindən biri olduğunu qeyd edib. 1920-ci ildə bolşeviklərin işğalı zamanı Gəncənin müdafiəsi Məhəmməd Qasım bəyə tapşırılıb. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra belə o, silahını yerə qoymur və dağlara çəkilərək 1932-ci ilədək bolşeviklərə qarşı mübarizə aparır. Xalq arasında qaçaq Məhəmməd Qasım bəy kimi tanınan bu şəxs sonradan Türkiyəyə mühacirət edib.
https://az.wikipedia.org/wiki/%C5%9Euay_Alpay




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info