Sədərək rayonundakı xalça müəssisəsi yenidən fəaliyyətə başlayıb
Tarix: 09.03.2018 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Muxtar respublikanın Sədərək rayonundakı səmərəli fəaliyyəti ilə seçilən sahibkarlıq müəssisələrindən biri də rayondakı xalça emalatxanasıdır. Bu yaradıcılıq mərkəzi əsaslı təmir olunduqdan sonra yenidən fəaliyyətə başlayıb. AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, sahibkarlığın hərtərəfli dövlət qayğısı nəticəsində inkişaf etməsi daxili bazara çıxarılan məhsulların təhlükəsizliyinə tam əminlik yaradır. Naxçıvanda sahibkarlıqla məşğul olan təsərrüfat subyektlərinə banklar və kredit təşkilatları tərəfindən lazımi maliyyə yardımlarının verilməsi, hərtərəfli dəstək göstərilməsi onların qarşısında geniş perspektivlər açıb. Muxtar respublikada ümumi daxili məhsulun həcmində özəl bölmənin payının getdikcə artması da bu sahənin inkişafına göstərilən dövlət qayğısının təzahürü kimi dəyərləndirilməlidir. Sonra xalça müəssisəsinə baxış olub. Bildirilib ki, bu müəssisədə toxunan xalçalar daxili bazarla yanaşı, xaricə də ixrac ediləcək. 10 nəfər qadının daimi işlə təmin olunduğu xalça müəssisəsində xalçatoxuma zalı, mətbəx və digər inzibati otaqlar mövcuddur. Müəssisənin həyətyanı sahəsində həmişəyaşıl ağaclar, gül kolları və meyvə ağacları əkilib.




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Erkən nikahlarla bağlı regionlarda tədbirlər keçirilir
20.06.2018
Özəlləşdirilən dövlət əmlakları biznes layihələrinin reallaşmasını mümkün edir
20.06.2018
Havanın temperaturu 36 dərəcəyə yüksələcək
20.06.2018
Ombudsmanın təqdimatı əsasında indiyədək 638 nəfər əfv edilib
20.06.2018
Ombudsman: “Bələdiyyələrdə qadınların sayı 35 faizə çatıb“

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9429

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info