Azərbaycan mətbuatı müstəqil və peşəkardır
Tarix: 10.03.2018 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Azərbaycan jurnalistlərinin martın 10-da Bakıda keçiriləcək VII qurultayının iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra qurultay iştirakçıları “Əkinçi” qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyub, böyük mütəfəkkirin xatirəsini anıblar. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan mətbuatının tarixindən danışıb, müasir medianın uğurlarını və problemlərini qeyd edib. O bildirib ki, Azərbaycan mətbuatı müstəqil və peşəkar mətbuatdır: “Bu gün Azərbaycan mediası peşəkar olmaqla yanaşı, milli maraqlardan çıxış edir. Yarandığı gündən indiyədək mətbuatımız məşəqqətli, mürəkkəb dövr keçib. Amma buna baxmayaraq, öz üzərinə düşən missiyanı – cəmiyyəti maarifləndirmək missiyasını uğurla yerinə yetirib. Azərbaycan jurnalistlərinin VII qurultayında jurnalistikamızın qazandığı uğurlar qeyd olunacaq, qarşılaşdığı problemlər müzakirə ediləcək”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info