ATƏT/DTİHB-nin seçkiləri müşahidə missiyası rəsmi olaraq fəaliyyətə başlayıb
Tarix: 10.03.2018 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini müşahidə missiyası rəsmi olaraq fəaliyyətə başlayıb. Bu münasibətlə ATƏT/DTİHB-nun Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım KoryenYonker bu gün Bakıda mətbuat konfransı keçirib.K. Yonker uzunmüddətli missiyanın isə gələn həftə Azərbaycana gələcəyini bildirib.
KoryenYonkerbildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) fevralın sonunda Azərbaycana səfər edən ehtiyacların qiymətləndirilməsi missiyasının hesabatından sonra seçkiləri müşahidə etmək barədə qərar verib: “Biz şadıq ki, Azərbaycandan müşahidə ilə bağlı dəvəti vaxtında almışıq". K. Yonkerin sözlərinə görə, bu onlara seçkidən əvvəlki prosedurları da izləmək imkanı verir: “Müşahidə DTİHB metodologiyasına uyğun aparılacaq. ATƏT üzvü olan bütün ölkələr öhdəlik götürüb ki, seçkilərini ATƏT-in seçki öhdəliklərinə uyğun aparsın. Biz seçkilərə müdaxilə etməyəcəyik. DTİHB seçki polisi deyil, biz seçkilərin nəticəsi ilə maraqlanmırıq. Bizim üçün əsas məsələ məqsədimiz seçki prosesinin şəffaf olmasıdır.Seçki müşahidə missiyası 10 komanda ilə ölkənin bütün regionlarını əhatə edəcək. İlkin olaraq aralıq hesabat yayacağıq. Yekun hesabat isə seçki prosesi bitdikdən 8 həftə sonra açıqlanacaq. Biz Azərbaycanla hər zaman uğurlu əməkdaşlıq etmişik. Ümid edirik ki, bu əməkdaşlıq növbəti bir neçə həftədə də davam edəcək".
Onun sözlərinə görə, müşahidə missiyası seçkiləri qiymətləndirəcək, öhdəliklərə nə qədər riayət olunmasınıdəyərləndirəcək."Gələn həftə uzunmüddətli missiya Azərbaycana gələcək. Ekspertlər ATƏTüzvü olan 19 fərqli ölkəni təmsil edir. Qısamüddətli missiya isə seçki günündən bir qədər əvvəl gələcək, səsvermə prosesini izləyəcək.Missiya aprelin axırına kimi davam edəcək, seçki sonrası mühiti də diqqətdə saxlayacaq", - deyə o bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər
08.12.2018
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
07.12.2018
Müxalifətin birlik problemi
07.12.2018
Aleksandr Vuçiç: “Serbiya Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir”
07.12.2018
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info