İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
Tarix: 11.03.2018 | Saat: 05:43:00 | E-mail | Çapa göndər


İstanbuldakı “Notist ART” sənət qalereyasında Azərbaycan mənşəli rəssam Teymur Ağaəlioğlunun fərdi rəsm sərgisi açılıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, sərgidə sənətkarın son illərdə peyzaj janrında sulu və yağlıboya ilə çəkdiyi əsərləri nümayiş etdirilir.
Türkiyənin incəsənət ictimaiyyətinin yaxından maraq göstərdiyi sərginin açılış mərasimində APA-ya açıqlama verən rəssam Teymur Ağaəlioğlu deyib: “Bu, mənim indiyə qədər Türkiyənin müxtəlif şəhərlərində açdığım 40-cı fərdi sərgimdir, iştirak etdiyim qrup sərgilərinin sayını isə bilmirəm. Sənətkarlar müəyyən mərhələləri keçəndən sonra qrup sərgilərində ciddi seçim apararaq iştirak etməlidirlər. Yaradıcılığımın bundan sonrakı mərhələsinin əsas hədəfi-Qərb ölkələrinin mühüm qalereyalarında fərdi sərgilər açmaqdır. Çünki Türkiyənin ən mühüm muzey, kolleksiya və qalereyalarında mənim hədəfimi təmin edəcək qədər tablolarım var”.
Rəssam Teymur Ağaəlioğlu 1953-cü ildə Gürcüstanın Borçalı bölgəsində anadan olub. İncəsənət təhsilini Əzimzadə adına Rəssamlıq məktəbində və Tbilisi İncəsənət akademiyasında alıb. 1990-cı illərin ortalarından bəri Türkiyədə yaşayan sənətkar, son illərdə yaradıcılıq işlərini İstanbulda davam etdirir. Rəssam Ağaəlioğlu İstanbulun Tophane səmtində qurduğu sənət emalatxanasında təcrübəsini emalatxananın daimi müdavimləri ilə bölüşür.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info