Simpozium iştirakçıları MEK-də mühafizə olunan mənbələrdən istifadə edə bilərlər
Tarix: 12.03.2018 | Saat: 11:30:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığıyla 2018-ci ilin 25-27 oktyabr tarixlərində Bakıda “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək. AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) informasiya dəstəyi verdiyi, Amerika, Avstraliya, Avropa və Asiya ölkələrindən iştirakçıların qatılacağı simpoziumun məqsədi türk dünyasının ümumi irsi olan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün öyrənilməsi, adət və ənənələrinin qorunması, ona qarşı marağın dirçəldilməsi və müxtəlif sahələrdə tətbiq edilməsidir. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou təşkil olunacaq.
Azərbaycan Xalça Muzeyi ilə MEK arasındakı əməkdaşlıq çərçivəsində tədbir barəsində məlumatların elektron media və sosial şəbəkələrdə yayımlanması, simpozium zamanı MEK fondlarında mühafizə edilən xalçaçılıq sənətinə dair sənədlərin iştirakçıların istifadəsinə verilməsi, Xalça Muzeyi və MEK-də mühafizə olunan mənbələr barədə tanıdıcı rəqəmsal təqdimat və kitab sərgisi nümayişi nəzərdə tutulur. MEK tərəfindən sərgidə nümayiş etdiriləcək kitablar sırasında Azərbaycan, ingilis, rus dillərində olan “Azərbaycan dilində xalçaçılıq leksikası”, “Xalça sənətində naxış yaddaşı”, “Azərbaycan xalçaçılığının texnoloji üsulları”, “Xalçaçılıq texnologiyası”, “Qarabağ bölgəsinin xalçaçılıq tarixi”, “Azərbaycanın İrəvan bölgəsi: tarixi və xalçaları”, “Azərbaycan Qazax xalçaçılıq məktəbi”, “Gazakh carpet weaving school of Azerbaijan”, “The Anthology of fine arts of Uzbekistan”, “Azerbaijan decoration”, “Национальный костюм народов Кавказа в творчестве художника – литографа К.П.Беггрова”, “Батик и его использование в моделировании одежды” və s. kimi Azərbaycan xalça sənətinə, onun tarixinə həsr olunmuş dəyərli tədqiqat əsərləri var. Simpoziuma məqalə və məruzələr ilə qatılmaq istəyən şəxslər Mərkəzi Elmi Kitabxanada mövzuya aid olan mənbələrdən istifadə edə bilərlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Fərhad Abdullayev: “Azərbaycanda hüquqi dövlətin inkişafı müstəqil siyasətimizlə bağlıdır”
20.06.2018
Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
20.06.2018
Mübariz İbrahimov yad edildi
20.06.2018
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib
20.06.2018
“Xeyirxah” Hacı Nuranı təltif etdi

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9429

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info