ADU-nun Konfutsi İnstitutu Çin Yeni ili münasibətilə konsert proqramı təqdim edib
Tarix: 12.03.2018 | Saat: 12:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu və “YARAT” Müasir İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Bakı Çin Yeni ilini qeyd edir” adlı konsert proqramı təşkil olunub. Bu barədə  ADU-dan məlumat verilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bildirib ki, Konfutsi İnstitutunun əsas məqsədi Azərbaycan ictimaiyyətini zəngin mədəniyyətə malik olan Çinin bayramları və nadir ruhani mədəniyyəti ilə tanış etmək, hər iki ölkənin xalqları arasında ənənəvi dostluq əlaqələrini gücləndirməkdir.
Konfutsi İnstitutunun Çin tərəfindən direktoru xanım Li Jihua Azərbaycanda Çin dilinə marağın artırılması və Çin mədəniyyətinin tanıdılması məqsədilə bir sıra tədbir və seminarların təşkil olunduğunu qeyd edib.
“YARAT” Müasir İncəsənət Mərkəzinin əməkdaşı Nigar Məmmədli “YARAT” ailəsinə qoşulan hər kəsin Azərbaycanda və xaricdə müasir mədəniyyət nümunələri ilə tanış olmaq şansı qazandığını söyləyib.
Tədbirdə “Şir rəqsi”, “Balaca alma”, müasir Çin Yeni il rəqsi - “Çin hip-hop”, lentlə ənənəvi Çin rəqsi - “Balaca qız”, Çin xalq mahnıları - “Sevgi”, “Cinxua” və “Xoşbəxt Yeni il”, eləcə də “Ay işığının altında bambuk” adlı Çin fleyt performansı nümayiş olunub. Həmçinin Çin milli Tay Ci Chuan gimnastikasının əsas üslubları, bu ölkənin xəttatlığı haqqında ustad dərsləri keçirilib, müxtəlif bayram oyunları təşkil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Fərhad Abdullayev: “Azərbaycanda hüquqi dövlətin inkişafı müstəqil siyasətimizlə bağlıdır”
20.06.2018
Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
20.06.2018
Mübariz İbrahimov yad edildi
20.06.2018
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib
20.06.2018
“Xeyirxah” Hacı Nuranı təltif etdi

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9429

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info