Thomson Reuters: “UNEC dünya elm məkanına uğurla inteqrasiya edir”
Tarix: 12.03.2018 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Clarivate Analytics təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin, təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorov UNEC-də olub. UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən nümayəndə heyəti “Thomson Reuters”lə universitet arasında əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Görüşün əsas müzakirə mövzusu elmi seminar, beynəlxalq konfransların təşkili və elmmetrik məktəbin yaradılması olub. Görüşdə UNEC-in ev sahibliyi ilə keçirilən “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfransın elmi ictimaiyyətdə böyük maraq doğurduğu vurğulanaraq, konfransın materiallarından ibarət kitabın çap olunduğu qeyd edilib. Bildirilib ki, “Thomson Reuters”lə UNEC-in birgə təşkilatçılığı ilə daha bir beynəlxaq konfransın keçirilməsi nəzərdə tutulub. Beynəlxalq konfrans dünyanın nüfuzlu universitetlərinin alimlərini UNEC-də yenidən bir araya gətirəcək. UNEC-in beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atıldığından məmnunluğunu ifadə edən O.Utkin “Thomson Reuters”in bu istiqamətdə həyata keçirilən layihələri dəstəklədiyini bildirib. O, UNEC-in nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artıdığını yüksək qiymətləndirərək universitetin dünya elm məkanına uğurla inteqrasiya etdiyini bildirib. UNEC-in elmi aləmdəki nüfuzunu nəzərə alaraq, Elmmetrik Məktəbin məhz burada yaradılmasının vacibliyini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1700 nəfəri ötüb
09.12.2018
İngiltərədə 130-a yaxın ictimai kitabxana bağlanıb
09.12.2018
Brüsseldə polis `sarı jiletlər`in aksiyasını dayandırmağa çalışır
08.12.2018
Fransada etiraz aksiyalarında 31 min nəfər iştirak edir
08.12.2018
ABŞ Macarıstana təzyiq edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info