“AXC dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir”
Tarix: 12.03.2018 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xalq Cümhuriyyəti – 100”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçirilib. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində təşkil olunan tədbirdə bu qurumun müdiri Əhməd Sami Elaydi Xalq Cümhuriyyətinin yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri olduğunu söyləyib. O deyib: “Müsəlman Şərqində qadınlara seçki hüququ ilk dəfə Cümhuriyyət dövründə - 100 il əvvəl verilib. Cümhuriyyət Azərbaycanın ilk müasir ali təhsil müəssisəsini - Bakı Dövlət Universitetini təsis edib”. Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. AXC XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yaranıb. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi aradan qaldıraraq bütün vətəndaşların hüquq bərabərliyini təmin edib. Müasir Azərbaycan Respublikası AXC-nin varisidir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək Cümhuriyyətin bayrağını, gerbini və himnini qəbul edib. Y.Mahmudov deyib: “Tarix İnstitutunda AXC-nin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə əsasən nəşr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir”. Akademik qeyd edib ki, Tarix İnstitutu Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə sıx əməkdaşlıq edir. Mərkəzdə institutun əməkdaşları üçün ərəb dili kursları təşkil olunub. Ötən il mərkəz tərəfindən instituta ərəb dilində 10 min elektron kitab hədiyyə edilib. Milli Məclisin deputatı Elman Nəsirov, tarixçi alimlər Kamran İsmayılov, Güntəkin Nəcəfli, Cəbi Bəhramov və başqaları çıxış edərək bildiriblər ki, AXC ölkəmizin dövlətçilik tarixində silinməz iz buraxıb. Diqqətə çatdırılıb ki, AXC-nin şərəfinə “İstiqlal Bəyannaməsi” abidəsi ucaldılıb. Cümhuriyyətin elan olunduğu 28 may tarixi Azərbaycanda Respublika Günü kimi qeyd edilir. Sonda Y.Mahmudov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental tədqiqatın ərəbcə nəşrini hədiyyə edib. Əhməd Sami Elaydi isə Azərbaycan-Misir əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Y.Mahmudova və E.Nəsirova Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin mükafatlarını təqdim edib. Qeyd edək ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir.
Anar




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Sondakika.com”: “ASAN xidmət” Azərbaycanda son illərdə həyata keçirilən islahatlara ən əhəmiyyətli nümunədir”
10.12.2018
Övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilir
10.12.2018
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
10.12.2018
Dövlət qulluğu üzrə müsahibəyə 737 vakant vəzifə çıxarılıb
10.12.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info