Qazaxıstan, taxılını “Şimal-Cənub” nəqliyyat dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu ilə ixrac edəcək
Tarix: 13.03.2018 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafında dönüş mərhələsi olub, aqrar sektorun yeni siması formalaşıb. Qeyri-neft sektoru üzrə inkişaf təmin edilib, ixrac artıb, ümumi daxili məhsul istehsalında aqrar məhsulların xüsusi çəkisi yüksəlib. Yerlərdə maddi-texniki baza yenilənib, texniki təminat gücləndirilib, insan resurslarından səmərəli istifadə sahəsində mühüm addımlar atılıb.
Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahələrdən biri də taxılçılıqdır. Taxılçılıqda texnoloji proseslərin vaxtında və aqrotexniki qaydalara uyğun aparılmasına, istehsalçıların texnika, gübrə, bitki mühafizə vasitələri ilə təminatına diqqət daha da artırılıb. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində yaxın gələcəkdə keyfiyyətli taxıl məhsullarına olan tələbatın daxili istehsal hesabına ödənilmə səviyyəsinin maksimum dərəcədə yaxşılaşdırılması proqnozlaşdırılır.
Qeyd edək ki, 2016-cı ildə ölkəyə 1,6 milyon, keçən il isə təxminən 1,2 milyon ton taxıl idxal olunub ki, taxıl idxalına təxminən 227 milyon valyuta xərclənir.
Hesablamalar göstərir ki, yalnız məhsuldarlığın yüksəldilməsi hesabına illik taxıl istehsalını 2.8-3.0 milyon tona çatdırmaq üçün real imkanlar var. Bunun üçün əkin sahəsini 700-800 min hektar ətrafında saxlamaqla məhsuldarlığı hektardan 4-4.5 tona çatdırmaq kifayətdir.
Rəsmi statistik məlumata əsasən (01 dekabr 2017-ci il tarixə) 2018-ci ilin məhsulu üçün təmiz herik şumu da daxil olmaqla payızlıq əkinlər üçün 1034.5 min hektar sahə şumlanıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çoxdur.
Taxıl istehsalçılarını yüksəkkeyfiyyətli toxumla təmin etmək məqsədilə 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün əkilmiş toxumluq taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına düzgün icra olunmasına Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumlarının mütəxəssisləri tərəfindən nəzarət edilib. 2017-ci ildə dənli paxlalı bitkilərin 35, o cümlədən payızlıq yumşaq buğdanın 7, arpanın 2 sortu respublikanın müxtəlif torpaq-iqlim bölgələri üçün rayonlaşdırılaraq qeydiyyata alınıb və geniş istehsalat şəraitində yetişdirilmək üçün fermerlərə tövsiyə edilib. Bu gün ölkədə həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə yerli istehsal hesabına ərzaqlıq buğda ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşacaq.
Qeyd edək ki, FAO Ərzaq hesabatında əsas ərzaq növləri, o cümlədən taxıl məhsulları bazarı diqqətlə araşdırılıb. Amerikada buğda qiymətləri sabit qalsa da, əriştə və makaron hazırlamaq üçün lazım olan Amerikan qırmızı yaz buğdasının qiyməti 2017-ci ilin iyulunda əvvəlki ilə nisbətən 40 faiz yüksək olub. FAO bu gün dünyada ərzaq qiymətlərinin artmasında əsas səbəblərdən biri kimi nəqliyyat xərclərini göstərir. Bu da ölkələr arasında yükdaşımalarda nəqliyyat sisteminin daha da təkmilləşdirilməsini vacib edir. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti də məhz belə bir missiyanı həyata keçirir.
Bakı Taxıl Terminalı beynəlxalq nəqliyyat layihələrinin fəal iştirakçısı olacaq
Bakı Taxıl Terminalı Qazaxıstan və Azərbaycanın birgə həyata keçirdiyi beynəlxalq nəqliyyat layihələrinin fəal iştirakçısı olacaq. Qazaxıstan mətbuatının yaydığı məlumata görə, bu barədə Bakı Taxıl Terminalı idarə heyətinin sədr müavini Erjan Baymuhametov deyib. "Azərbaycanın taxıla olan tələbatı ildə 3-3,5 milyon tondur. 2016-cı illə müqayisədə ötən il ölkə taxıl idxalını 20 faiz azaldıb. 2017-ci ildə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclasında tərəflər Qazaxıstan taxılının Azərbaycana ixracının illik həcminin 1 milyon tona çatdırılması barədə razılığa gəliblər. 15 min tona qədər dənli bitkiləri müvəqqəti saxlamağa imkan verən terminal müasir avadanlıqla təchiz olunub. Terminalın yükboşaltma gücü sutkada 1,5 min ton taxıl təşkil edir ki, bu da illik ekvivalentdə 300 min tona yaxın taxıla bərabərdir. Biz sutkada 150 ton un istehsal edirik. Terminal Qazaxıstan və Azərbaycanın bilavasitə iştirakı ilə regionda həyata keçirilən beynəlxalq nəqliyyat layihələrində fəal iştirak etmək niyyətindədir", - deyə E.Baymuhametov qeyd edib.Sədr müavini deyib: "Bu il Qazaxıstan taxılını “Şimal-Cənub” nəqliyyat dəhlizinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun imkanlarından istifadə edərək Türkiyə və Yaxın Şərq bazarlarına çıxarmaq planımız var. Dənli bitkilərin terminal vasitəsilə ixracına gəldikdə isə, biz "Prodkorporasiya" şirkəti ilə işləyirik. Şirkət Azərbaycana dənli bitkilər ixrac edir. Biz, həmçinin bizim terminal vasitəsilə İran tərəfinə taxıl nəqlinə maraqlı olan Azərbaycan və Rusiya treyderləri ilə əməkdaşlıq edirik".Qeyd edək ki, terminal Qazaxıstan və Azərbaycan hökumətlərinin razılığı ilə 2006-cı ildə yaradılıb. 12 ildir Azərbaycana bu terminal vasitəsilə taxıl göndərilir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info