Əl-ələ tutmaq ağrını azaldır
Tarix: 12.03.2018 | Saat: 21:33:00 | E-mail | Çapa göndər
Amerikada aparılan bir araşdırmaya görə, cütlüklər əl-ələ tutmaqla bir-birlərinin fiziki ağrılarını azalda bilirlər.
Elm adamları toxunmaqla keçən anlaşılma hissinin ağrını azaldan kimyəvi maddələrin istehsalını artırdığını, əl-ələ tutan cütlüklərin ürək ritmlərinin və nəfəs almalarının bir müddət sonra sinxron təkrarlandığını ortaya qoyub. Ailem.az bununla bağlı maraqlı məlumatları diqqətinizə çatdırır.
Sevdiyimiz şəxsin əlini tutmaq, dəriyə basılan isti bir dəmirin ağrını uyuşduracağı kimi bir təsir göstərir. Elm adamları bu vəziyyətin özünü onun yerinə qoyma hissindən qaynaqlandığını bildirir.

Əl-ələ tutmaq ağrını necə azaldır?
Bu tapıntının ilham qaynağı həkim Pavel Goldsteinin qızıdır. 4 il əvvəl həyat yoldaşını qızını dünyaya gətirən zaman rastlaşdığı hadisə onu bu araşdırmanı aparmağa sövq edib: “Yoldaşımı rahatlatmaq üçün nə edə biləcəyimi düşünürdüm. Uzanıb əlini tutdum və işə yaramış kimi göründü. Daha sonra bunu laboratoriya şəraitində test etmək istədim".
Beləliklə, Goldstein beyinlərin cütləşməsinin ağrı üzərində təsirinə dair ilk araşdırmanı həyata keçirir. Araşdırma "şəxslərarası sinxronizasiya" işlərinin bir hissəsi olaraq aparıldı və nəticələri ABŞ Beynəlxalq Elmlər Akademiyasının “PNAS” adlı mətbu orqanında yayımlanıb. Goldstein bildirir ki, ağrı cütlüklər arasındakı sinxronu pozur, amma toxunmaq bunu geri gətirir.
Ağrını yüzdə 34 faiz daha az hiss etdilər
Daha sonra həkim 23-32 yaşlı 22 cütlük arasında araşdırma aparıb. Partnyorları əllərini tutarkən, ya da fiziki təmas olmadan yanlarında oturarkən qadınların qollarına isti bir dəmir parçası toxundurulur. Partnyorunun əlini tutan qadınlar ağrını təxminən yüzdə 34 faiz daha az hiss edib. Araşdırma qrupunun qənaətinə görə, ağrının azalmasının böyük səviyyədə duyğusal yaxınlıqla əlaqəli olduğu düşünülür: “Partnyorun özünü onun yerinə qoyma hissi nə qədər güclüdürsə, əl-ələ tutmağın ağrıkəsici təsiri də o qədər güclü olur”.

Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Yayda necə qidalanmalıyıq?
23.05.2018
Havaya reaksiya verirsinizsə, qanda xolesterini yoxlayın
22.05.2018
Mövsümi meyvələrin faydası
21.05.2018
Ramazanda baş ağrısını dərmansız yox etməyin üsulları
18.05.2018
Mixəyin faydaları

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info